“Zelenski danışıqlara razı olmasa, Ukraynada etirazlar başlaya bilər”
ABŞ müdafiə nazirinin keçmiş köməkçisi Stiven Brayen Ukrayna və Rusiya arasında mümkün danışıqları şərh edib.
O, bu barədə “Weapons and Strategy” (“Silahlar və Strategiya”) nəşri üçün yazdığı məqalədə danışıb.
Brayenin sözlərinə görə, əgər Ukrayna Prezidenti Volodimir Zelenski Moskva ilə danışıqlara razı olmasa, o zaman Ukrayna daxilində etirazlar başlaya bilər.
Ekspert əlavə edib ki, hazırda Ukrayna faktiki olaraq parçalanır. Onun fikrincə, ölkənin dağılması Ukrayna Silahlı Qüvvələrinin böyük itkiləri ilə bağlıdır. Brayenin sözlərinə görə, Ukrayna ordusunun əksəriyyəti yaşlı kişilər, qadınlar və az təlim keçmiş gənc kişilərdən ibarətdir.
Qeyd edək ki, bundan əvvəl Ukrayna Müdafiə Nazirliyinin Baş Kəşfiyyat İdarəsinin rəhbəri Kirill Budanov etiraf etmişdi ki, Moskva və Kiyev sülh müqaviləsi imzalamaya bilər:
“Tarixdə dövlətlər arasında uzun müddət davam edən müharibələrin qanuni olaraq başa çatmadığı hallar var”, - deyə o qeyd edib.
Paylaş:
Müəllif : Fuad
Tarix:15-11-2023, 14:24
Sikayət
loading...
Загрузка...
Oxşar Xəbərlər