Şimali Koreyada keçirilən seçkilərdə 67 il sonra ilk yaşandı
Şimali Koreyada keçirilən regional seçkilərdə 67 il sonra ilk dəfə “xeyr” səsi verilib.
Yeniavaz.com Koreya Mərkəzi Xəbər Agentliyinə (KCNA) istinadla xəbər verir ki, iştirakın 99,63 faiz olduğu əyalət xalq məclislərinə seçkilərdə seçicilərin 99,91 faizi “bəli”, 0,09 faizi isə “xeyr” səsi verib.
Rayon və şəhər ictimai şuralarına seçkilərdə isə seçicilərin 99,87 faizi namizədlərin lehinə, 0,13 faizi isə əleyhinə səs verib.
Bildirilib ki, ölkədə 1956-cı ildən bəri ilk dəfə yerli seçkilərdə “xeyr” səsi verilib.
Qeyd edək ki, Şimali Koreya qeyri-məhdud hakimiyyətli bir partiyalı idarəetmə üsuluna malik, sosialist respublikadır. Seçkilərdə isə bir qayda olaraq seçicilərə hakim Koreya Fəhlə Partiyasının təyin etdiyi vahid namizədin lehində və ya əleyhində səs vermək hüququ tanınır.
Paylaş:
Müəllif : Fuad
Tarix:29-11-2023, 14:03
Sikayət
loading...
Загрузка...
Oxşar Xəbərlər