Qazax görüşünün çəkdiyi “qırmızı xətlər” - TƏHLİL
Noyabrın 30-da Azərbaycan Baş nazirinin müavini Şahin Mustafayev və Ermənistan baş nazirinin müavini Mqer Qriqoryanın sədrliyi altında sərhəd delimitasiyası üzrə dövlət komissiyalarının beşinci görüşü keçirildi. Görüşün məkanı Qazax-İcevan sərhədi seçilmişdi. Azərbaycan Xarici İşlər Nazirliyinin yaydığı məlumata əsasən, tərəflər bir sıra təşkilati və prosedur məsələləri nəzərdən keçiriblər. Eyni zamanda, komissiyalar arasında iclasların, birgə işçi görüşlərin təşkili və keçirilməsi reqlamentinin mətni ilkin olaraq razılaşdırılıb.
“Kaspi” qəzeti görüş barədə məqalə dərc edib:
Səkkiz kəndin qaytarılması reallığı
Yayılan rəsmi məlumatdan yola çıxaraq qeyd edə bilərik ki, Azərbaycanla Ermənistan arasındakı sərhədlərin xəritə üzərində dəqiqləşdirilməsi üçün konstruktiv bir masa qurulmasına cəhd olunur. Bu, özlüyündə Azərbaycan-Ermənistan sülh müqaviləsi proqramının “sərhəd cəbhəsi”ndəki dəqiq qaydaları və müəyyən ediləcək rejimi “qırmızı xətlər” nəzərə alınaraq təsvir edir.
Lakin bu “qırmızı xətlər”i Ermənistanın təyin etmək iqtidarı yoxdur, bütün iplər və rıçaqlar Azərbaycanın əlindədir. Bu mənada görüş yerinin Qazax seçilməsi bir neçə açıq qalan məsələ üzrə həlli əhatə etmək gücündədir.
Azərbaycan məramlarına çatmaq üçün “A” variantı kimi diplomatik-siyasi potensialını xərcləyir. Bakının “A” seriyalı prioritetində dayanan budur ki, heç bir toqquşma olmadan Qazaxın yeddi kəndi (Bağanis Ayrım, Xeyrimli, Aşağı Əskipara, Yuxarı Əskipara, Bərxudarlı, Sofulu, Qızılhacılı) və Naxçıvan ərazisindəki Kərki kəndinin siyasi müzakirələr yolu ilə geri qaytarılması təmin edilsin.
İrəvanın Bakının bu şərtinə hansı məzmun və forma ilə cavabı maraqlıdır, təbii ki, söhbət burada şifahi bəyanatlardan yox, məhz praktiki olaraq atılacaq addımlardan gedir.
Azərbaycan əməli müstəvidə İrəvanın öhdəliklərindən qaçması təcrübəsini nəzərə alaraq Ermənistanın qeyd edilən mövzu ilə əlaqədar hiyləgər manevr imkanlarını basdırmaqda qətiyyət göstərir.
Bununla belə, Azərbaycan regional teatrda Ermənistanın da sağlam əsaslarla yer alması üçün təkliflər paketini təqdim edir. Bakının təzyiqləri yalnız İrəvanın revanşist ritorikasına qarşı yönəlir.
Sərhəd boyunca hər hansı qara nöqtələrin varlığı qəbuledilməzdir
Azərbaycanın təzyiqlərinin sərhədlərlə bağlı səhnəsi bu xüsusda əhəmiyyətlidir. Çünki sərhəd təhlükəsizliyinin təmini birbaşa ölkədə daxili ictimai-siyasi tərəqqiyə, iqtisadi diversifikasiyalara müsbət təsir göstərərək onları daimi əsaslı möhkəmləndirir.
Azərbaycanın bununla əlaqədar ölçüləri Ermənistanın sərhəd boyunca mümkün təxribatlarını əhatə edəcək niyyətlərinə qarşı uzaqmənzilli aparatların təkmilləşdirməsini tələb edir. Çünki sərhəd boyunca hər hansı qara nöqtələrin varlığı Azərbaycanın strateji maraqları ilə ziddiyyət təşkil edir və kənar qüvvələrin bölgədə geosiyasi təsir alətləri yaratmaq bacarıqları hələ ölməyib.
Ümumilikdə isə, sərhədlərin təhlükəsizliyi prioritetləri Azərbaycanın perspektivlə əlaqədar genişmiqyaslı strateji planının bir hissəsini əhatə edir. Azərbaycan sərhədlərin dayanıqlı etibarlı müdafiəsini təmin etməkdən ötrü delimitasiya kontekstini bir neçə istiqamətin içərisində inkişaf etdirir.
Sərhədlər boyunca nişanlanma qaydaları tərtib edilməlidir
Birincisi, nəzərə alaq ki, delimitasiya tək Laçın, Kəlbəcər, Qubadlı, Zəngilanı deyil, həm də, Naxçıvanın, Tovuzun, Qazaxın, Gədəbəyin, Daşkəsənin Ermənistanla sərhəd zolağını əhatə etməlidir. Deməli, hərbi nöqteyi-nəzərdən sərhədlər boyunca nişanlanma qaydaları tərtib edilməlidir.
İkincisi, Azərbaycan, sərhədlərin təhlükəsizliyi zonasını Zəngəzur dəhlizi layihəsinin strateji məqsədləri ipindən ayrı tutmur. Bunun özü də Bakının müdafiə qüdrəti üçün nə qədər böyük hədəf qoyduğunu göstərir.
Üçüncüsü, Azərbaycan Qərbi azərbaycanlıların tarixi torpaqlarına geri dönüşünü reallaşdırmaqdan ötrü sərhədlərlə əlaqədar bəzi mübahisələri alternativ variantlarla həll etmək çağırışlarını icra edir.
Dördüncüsü və mürəkkəblik dozasına görə ən problemli məsələlərdən biri Azərbaycanın Ermənistandan təhlükəsizlik zonası tələb etməsidir. Hərçənd son zamanlar bu, rəsmi formada o qədər də gündəmə gətirilmir, lakin arxa planda da deyil.
Deyə bilərik ki, sərhədlərin delimitasiyasının təhlükəsizliklə əlaqələndirilməsi komissiyalardan gərgin qrafik və sıx müzakirələr tələb edir. Buna görədir ki, komissiyalar növbəti müzakirələr üçün razılıq əldə ediblər, bundan sonra aparılacaq danışıqlar tərəflərin sülh müqaviləsinin sərhəd bəndləri üzrə qərarlarını müəyyən edəcək.
Azərbaycan dəqiq mövqe tələb edəcək
Azərbaycan çox güman ki, nəzərdə tutduğu hədəfləri Ermənistana daha açıq formada çatdıracaq və İrəvandan sülh, təhlükəsizlik üçün rəsmiləşən mövqe tələb edəcək. Delimitasiyanın hansı xəritələr üzərində aparılması barədə fikirlərə gəlincə, burada Azərbaycan tərəfindən bir neçə dəfə gündəmə gətirilən mövqelərə diqqət yetirmək lazımdır.
Ermənistanın şansları isə azdır, çünki onun effektiv və əhəmiyyətli mübarizə metodologiyası yoxdur. Bunu böyük bir gümanla, Ermənistan hakimiyyətindəki “parlaq zəka sahibləri” də anlayırlar. Bu baxımdan proqnozlaşdırmaq mümkündür ki, İrəvan ən azından yaxınmüddətli perspektivdə Azərbaycanın şərtlərinin bir qisminə “hə” deyəcək.
Paylaş:
Müəllif : Yazar
Tarix:2-12-2023, 20:33
Sikayət
loading...
Загрузка...
Oxşar Xəbərlər