reklam
Regionxeberlericom.az » Siyasət » “İsrailin Qəzzadakı hərəkətləri bütün region üçün təhlükədir” – Ərdoğan

reklam

“İsrailin Qəzzadakı hərəkətləri bütün region üçün təhlükədir” – Ərdoğan


















“Benyamin Netanyahu administrasiyası Qəzzada hərbi əməliyyat keçirərək siyasi ömrünü uzatmağa çalışır, lakin bu cür hərəkətləri ilə bütün Yaxın Şərq regionunu təhlükə altına qoyur”.

“TRT Haber” xəbər verir ki, bunu Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan Dohada Körfəz ölkələrinin liderlərinin sammitində deyib.

“Netanyahu administrasiyası insanlığa qarşı cinayətlər və müharibə cinayətləri törətməklə, siyasi ömrünü uzatmağa çalışır, lakin bütün bölgəmizin təhlükəsizliyini təhlükə altına qoyur. İsrailin cinayətləri cəzasız qalmamalıdır. Son hadisələr yalnız paytaxtı Şərqi Qüdslə 1967-ci il sərhədləri daxilində müstəqil Fələstin Dövlətinin yaradılmasının zəruriliyini təsdiqlədi”, - Ərdoğan bildirib.

Ərdoğanın sözlərinə görə, Türkiyə Qəzzaya humanitar yardımla iki təyyarə və iki mülki gəmi göndərib, xəstələrin və yaralıların müalicə üçün öz ərazisinə daşınmasını təmin edib. Prezident qeyd edib ki, Ankaranın prioriteti Qəzzada tezliklə atəşkəs, sabit sülhü təmin etmək, regiona humanitar yardımın maneəsiz çatdırılması və Fələstin probleminin iki dövlət prinsipi əsasında həll edilməsidir.

Ərdoğan Fələstin-İsrail münaqişəsinin Suriyaya yayılmasının qəbuledilməz olduğunu da bəyan edib:

“Qəzzadakı qətliamın Suriyanı bürüyəcək müharibəyə çevrilməsinə imkan verməməliyik”.




Paylaş:


Müəllif : Tarix:
5-12-2023, 19:28
Sikayət   


loading...
Загрузка...

Oxşar Xəbərlər