reklam
Regionxeberlericom.az » Siyasət » “Seçilsəm, yalnız ilk gün diktator olacağam” – Tramp

reklam

“Seçilsəm, yalnız ilk gün diktator olacağam” – Tramp


















ABŞ-nin keçmiş prezidenti Donald Tramp yenidən bu posta seçiləcəyi təqdirdə avtoritar rejim tətbiq edəcəyi ilə bağlı tənqidlərə cavab verib.

“Fox News”  xəbər verir ki, bu tənqidlərə səbəb Trampın daha əvvəl ona qarşı irəli sürülən siyasi iddialarla bağlı “parazit” adlandırdığı rəqiblərindən qisas alacağını bildirməsi olub.

“Fox News”un “Heç bir halda heç kimdən qisas almayacağınıza və ya vəzifənizdən sui-istifadə etməyəcəyinizə söz verirsinizmi?” sualına Tramp “Birinci gün istisna olmaqla” cavabını verib və vəzifəyə gəldiyi ilk gündə prezident səlahiyyətlərindən Meksika sərhədini bağlamaq və neft qazma işlərini genişləndirmək üçün istifadə edəcəyini bildirib. “Bundan sonra mən diktator olmayacağam”, - ABŞ-nin keçmiş lideri əlavə edib.

Trampın sözlərindən sonra açıqlama verən Co Baydenin seçki kampaniyasının meneceri Culi Çaves Rodriqes bildirib:

“Donald Tramp bizə yenidən prezident seçilərsə, nə edəcəyini dəqiq deyir. Bu gün o, bir gün diktator olacağını bildirir. Amerikalılar ona inanmalıdırlar”.

Qeyd edək ki, Bayden bu yaxınlarda Trampın seçiləcəyi təqdirdə Amerika demokratiyasını məhv edəcəyini iddia etmişdi.

“Tramp namizəd olmasaydı, mən də olmazdım. Biz onun qalib gəlməsinə icazə verə bilmərik”, - deyə Bayden bildirmişdi.

Əvvəlki çıxışlarında Tramp seçkilərdə qalib gələrsə, Co Baydeni mühakimə edəcəyinə söz vermişdi.




Paylaş:


Müəllif : Tarix:
7-12-2023, 12:00
Sikayət   


loading...
Загрузка...

Oxşar Xəbərlər