Erməni diversanta 18 il CƏZA İSTƏNİLDİ
Kəlbəcərdə saxlanılan erməni diversant Voskanyan Qaqik Aşotoviçin cinayət işi üzrə məhkəmə prosesi keçirilir.
Regionxeberlericom.az APA-ya istinadən xəbər verir ki, bu gün Gəncə Ağır Cinayətlər Məhkəməsinin hakimi Abdulla Məmmədovun sədrliyi ilə Sabunçu Rayon Məhkəməsinin inzibati binasında keçirilən prosesdə məhkəmə istintaqının başa çatdığı elan olunub.
Daha sonra dövlət ittihamçısı Müşfiq Rəhimov çıxış edərək verilən ittihamların məhkəmə istintaqında öz təsdiqini tapdığını qeyd edib.
Prokuror Voskanyan Qaqik Aşotoviçin 18 il müddətinə azadlıqdan məhrum edilməsini məhkəməyə təklif edib.
Qeyd olunub ki, o, cəzasının 5 ilini qapalı, qalan hissəsini ciddi rejimli cəzaçəkmə müəssisəsində çəkməlidir. Cəzasını çəkib başa çatandan sonra Azərbaycan Respublikası hüdudlarından kənara çıxarılmalıdır.
İş üzrə zərərçəkmiş şəxslər təqsirləndirilən şəxsə ömürlük cəza tələb ediblər.
Daha sonra təqsirləndirilən şəxsin vəkili müdafiə çıxış edərək müvəkkili barəsində ədalətli qərar verilməsini məhkəmədən xahiş edib.
Voskanyan Qaqik Aşotoviç məhkəmədə son sözlə çıxış edərək, özünü ittihamlar üzrə təqsirli bilməyib və məhkəmədən ədalətli qərar çıxarılmasını ilə bağlı xahiş edib.
Məhkəmə hökm qəbul etmək üçün müşavirəyə gedib.
Paylaş:
Müəllif : Yazar
Tarix:7-12-2023, 16:16
Sikayət
loading...
Загрузка...
Oxşar Xəbərlər