reklam
Regionxeberlericom.az » Siyasət » “Qəzza zolağındakı vəziyyət bütün bəşəriyyət üçün problem yaradır”

reklam

“Qəzza zolağındakı vəziyyət bütün bəşəriyyət üçün problem yaradır”


















“Qəzza zolağındakı vəziyyət təkcə region ölkələri üçün deyil, bütün bəşəriyyət üçün problem yaradır”.

Bu fikri İslam Respublikasının Prezidenti İbrahim Rəisi Moskvada Rusiya lideri Vladimir Putinlə danışıqlar zamanı deyib.

“Qəzza zolağının bombardmanını mümkün qədər tez dayandırmaq lazımdır. Bu gün bu məsələ təkcə regionumuzun deyil, bütün bəşəriyyətin problemidir. Bu gün bəşəriyyət birtərəfli qəbul edilən addımlar və qlobal ədalətsiz sistemdən əziyyət çəkir. Və biz bunun açıq təzahürünü Qəzza zolağında baş verən hadisələrdə görə bilərik”, - prezident bildirib.

İran lideri qeyd edib ki, Qəzza zolağında soyqırım və insanlığa qarşı cinayətlər baş verir:

“İsrailin Fələstin anklavındakı hərəkətləri nəticəsində 6 mindən çox uşaq həlak olub. Bu cinayətlər ABŞ, eləcə də Qərb dövlətləri tərəfindən dəstəklənir. Təəssüf ki, insan haqlarını müdafiə etməli olan beynəlxalq təşkilatlar öz effektivliyini itiriblər. Bu bütün dünya ictimaiyyətinin gözü qarşısında baş verir”.




Paylaş:


Müəllif : Tarix:
7-12-2023, 20:34
Sikayət   


loading...
Загрузка...

Oxşar Xəbərlər