reklam
Regionxeberlericom.az » Siyasət » Rusiya və Azərbaycan baş nazirlərinin müavinləri Moskvada görüşdü

reklam

Rusiya və Azərbaycan baş nazirlərinin müavinləri Moskvada görüşdü


















Rusiya Federasiyası Baş nazirinin müavini Aleksey Overçuk və Azərbaycan Baş nazirinin müavini Şahin Mustafayev Moskvada görüş keçiriblər.

Bu barədə Rusiya hökumətinin Teleqram kanalında məlumat verilib.

“Tərəflər ölkələr arasında iqtisadi əməkdaşlıq üzrə hökumətlərarası komissiyanın gündəliyində duran ikitərəfli ticarət-iqtisadi əməkdaşlığın cari məsələlərini nəzərdən keçirilər. Hökumətlərarası komissiya həmsədrləri ticarətin inkişafının müsbət dinamikasını vurğulayıblar, ikitərəfli əməkdaşlığın səmərəliliyini təsdiqləyiblər. 2023-cü ilin yanvar-oktyabr aylarında Rusiya ilə Azərbaycan arasında ticarət dövriyyəsinin artımı 2022-ci ilin eyni dövrü ilə müqayisədə 20% təşkil edib. Tərəflər əməkdaşlığın bütün sahələrində Rusiya-Azərbaycan münasibətlərinin möhkəmləndirilməsinə yönəlmiş konstruktiv dialoqu davam etdirməyə hazır olduqlarını təsdiqləyiblər”, - bəyanatda deyilir.




Paylaş:


Müəllif : Tarix:
8-12-2023, 23:00
Sikayət   


loading...
Загрузка...

Oxşar Xəbərlər