Conson pandemiya dövründə Niderlandda hərbi əməliyyatla bağlı tapşırıq verib – KİV
Pandemiya dövründə təşkil etdiyi əyləncə yığıncaqlarınaa görə istefa verməli olan İngiltərənin keçmiş baş naziri Boris Conson yenidən qalmaqalla gündəmə gəlib. Belə ki, onun koronavirus pandemiyası dövründə Niderlanddakı vaksin istehsal edilən bir müəssisədən 5 milyon doza vaksini zorla ələ keçirmək barədə göstəriş verdiyi iddia olunur.
Bu barədə Consonun da əməkdaşlıq etdiyi Britaniyanın “Daily Mail” qəzeti məlumat yayıb.
İddiaya görə, 2021-ci ilin mart ayında Avropa İttifaqı öz ehtiyaclarını ödəmək üçün peyvənd ixracını məhdudlaşdıran zaman, bu qərardan “AstraZeneca” ilə 5 milyon doza satın almaq barədə müqavilə imzalayan Böyük Britaniya da təsirlənib.
Nəşrə məlumat verən iki diplomatın sözlərinə görə, baş nazir Conson bu vəziyyətdən çox qəzəblənib və Britaniya kəşfiyyatına Niderlandın Leyden şəhərindəki peyvənd istehsal edən müəssisədə hərbi əməliyyat variantını araşdırmağı tapşırıb.
Plana əsasən, ingilis hərbçiləri fabrikə basqın edərək vaksinləri İngiltərəyə gətirməli imişlər. Avropada ciddi böhrana səbəb ola biləcək plan ingilis diplomatların xəbərdarlığı ilə yarıda saxlanılıb.
Niderland hökuməti iddialardan xəbərdar olduqlarını bildirsə də, rəsmi açıqlama verməyib.
Paylaş:
Müəllif : Fuad
Tarix:9-12-2023, 19:30
Sikayət
loading...
Загрузка...
Oxşar Xəbərlər