reklam
Regionxeberlericom.az » Siyasət » “Dağlıq Qarabağın ləğvi qaçılmaz idi” – Paşinyan

reklam

“Dağlıq Qarabağın ləğvi qaçılmaz idi” – Paşinyan

















“Dağlıq Qarabağın ləğvi qaçılmaz idi və İrəvan bütün resurslarını Dağlıq Qarabağ Respublikasının yaradılmasına sərf edirdi, bu, mümkünsüz iş idi”.

“Ria Novosti” xəbər verir ki, bunu Ermənistanın Baş naziri Nikol Paşinyan bildirib.

“Deyirlər ki, o vaxt (2023-cü ilin payızı – red.) Dağlıq Qarabağın indiki hakimiyyəti Dağlıq Qarabağı ləğv edib. Amma əslində 2016-cı ilin avqustunda danışıqlar prosesində baş verən substantiv dəyişikliklər nəticəsində bu proses qaçılmaz olub. Biz hakimiyyətə gələndə təbliğat obyekti statusumuz dəyişdi, çünki informasiya daşıyıcısına çevrildik və emosional qavrayışla reallıq arasında böyük uçurumun olduğunu gördük. Yəni emosional fikirlərimizi həyata keçirmək üçün bütün resurslardan istifadə etdik. Biz isə hakimiyyətə gələrək bəyan etməli olduq ki, bu emosional qavrayışın həyata keçirilməsi mümkün deyil”, - Paşinyan deyib.

Onun sözlərinə görə, indiki hakimiyyətin günahı odur ki, onlar xalqla bu barədə danışmayıb, hətta onun özü də bu praqmatik reallıqla barışa bilməyib.

“Belə bir söhbətə başlamağın emosional imkansızlığı ondan ibarət idi ki, bu, Ermənistana və xalqına 30 il əvvəl həll olunmayan bir problemə sadəcə vaxt itirmək, resurs sərf etdiyimizi bildirmək demək idi”, - Paşinyan əlavə edib.




Paylaş:


Müəllif : Tarix:
10-12-2023, 20:58
Sikayət   


loading...
Загрузка...

Oxşar Xəbərlər