reklam
Regionxeberlericom.az » Siyasət » Sülh bu paytaxtda imzalanır: Azərbaycanın şərti qəbul olundu - Sabiq nazir açıqladı

reklam

Sülh bu paytaxtda imzalanır: Azərbaycanın şərti qəbul olundu - Sabiq nazir açıqladı















Azərbaycanın sabiq xarici işlər naziri, politoloq Tofiq Zülfüqarov Teleqraf.com-un suallarını cavablandırıb.

Onunla müsahibəni təqdim edirik:

- Tofiq müəllim, Azərbaycanla Ermənistan arasında son aylar əldə edilən razılaşmalar 30 illik dövrdə müsbət amil kimi xarakterizə edilir. Sizcə, bu kimi yanaşmalar fundamental sülh üçün nə qədər təsirlidir?

- Beynəlxalq ictimaiyyət üçün sülhəmeyilli bəyanatlar mütləq lazımdır. İstər-istəməz bu kimi yanaşmalar ictimaiyyətə təsir edir. Sözsüz ki, bu məntiqlidir. Hər halda buna əsas var. Amma bu problemlərin həlli demək deyil. Hətta problemlərin həll olunmasına çox yaxınıq anlayışı da doğru deyil. Bu baxımdan fəal və nəticəli iş üçün bu cür əhval-ruhiyyənin yaradılması və gücləndirilməsi məntiqli, lazımlı addımlardır.

- İl başa çatır. Hər iki tərəfdən sülhə bağlı pozitiv açıqlamalar verilir. Belə olan halda gələn ilin əvvəlində konkret sülh müqaviləsi üçün hansı əsaslar var?

- Hələlik biz sülh şəraitindən danışa bilərik. Sözsüz ki, danışıqlara çox ümidlər bəsləmək olar. Amma yaddan çıxarmaq olmaz ki, məsələlər də problemlidir. Heç də asan deyil. Təbii ki, bunların həlli siyasi iradə tələb edəcək. İndiki mərhələdə sadəcə olaraq danışıqların aparılması üçün müsbət siyasi mühitin yaranmasına xidmət edən bəyanatlar səslənir.

- Vaşinqtonda Azərbaycan və Ermənistan Xarici İşlər nazirlərinin görüşü ilə bağlı razılıq əldə edildikdən sonra Moskva da bu müstəvidə görüşlərin təşkilinə hazır olduğunu bəyan etdi. Amma İrəvan Rusiyanın vasitəçilik təsəbbüşlərinə isti yanaşmır...

- Əslində onların arasında gedən rəqabət əsas problemə o qədər də təsir etmir. İstər Moskvada, istərsə də Vaşinqtonda əsas problem Ermənistanın mövqeyidir. Sülhə əngəl yaradan rəsmi İrəvandır. Bu aydındır. Çünki onlar çalışırlar ki, öz aralarında siyasi divident üzərində mübarizə aparsın. Amma burada vasitəçilik baxımından kiminsə mövqeyinə o qədər də üstünlük vermək olmaz. Demək olmaz ki, kimsə orada vasitəçilik edib. Çünki bu xoş niyyətli xidmətlərdir. Uzaq başı danışıqlardan sonra vasitəçi tərəf bu və ya digər bəyanat verə bilər. Bu da onların öz baxışları kontekstində olur. Amma müzakirə edilən sənədlər tərəflər arasında müəyyən edilir və bunun üzərində iş gedir. Bu baxımdan vasitəçilik mövzusu o qədər də aktual deyil. Sadəcə onlar istəyir ki, hansısa paytaxtda ad qazansınlar ki, Moskvada, Vaşinqtonda, ya da Brüsseldə sülhə nail olmuşuq və s. Amma bu bizim üçün prinsipial məsələ deyil. Azərbaycan istənilən yerdə hansısa nəticəni əldə etmək imkanlarını göstərdi. Bu yaxınlarda əldə edilən müştərək bəyanatı buna nümunə göstərmək olar.

- Ermənilərin Qarabağa qayıdışı ilə bağlı Azərbaycanın mövqeyi bir daha bəyan edilib. Bunun əksinə olacaq tendensiyaları necə şərh etmək olar?

- Azərbaycanın mövqeyi ondan ibarətdir ki, qarşılıqlı şəkildə istənilən addım atıla bilər. Bu baxımdan da Azərbaycan tərəfi öz mövqeyini açıqlayıb. Əslində Azərbaycan Prezidenti və dövlət rəsmiləri ermənilərin qayıdışı ilə bağlı müxtəlif bəyanatlar verib. Amma bu cür bəyanatlar Ermənistan tərəfindən verilməyib. Yəni, onların heç olmasa bizim mövqeyimizə çatmasına hələ çox var. Demək olar ki, onlar heç başlamayıblar. Ona görə də, bu və ya digər bəyanatları sadəcə olaraq Ermənistanı məhz bu prinsip əsasında müzakirə aparmaq mövqeyini açıqlayırlar. Çünki Ermənistanın istəyi Qarabağda olan erməniləri xüsusi imtiyaza malik azlıq kimi təqdim etməklə bağlıdır. Amma burada insan hüquqları hamıya şamil olmalıdır. Əgər onlar insan hüquqları baxımından məsələyə yanaşmanı göstərməsələr o zaman Azərbaycanın birtərəfli olaraq bu məsələyə dair mövqe sərgiləməsi gözlənilmir. Bu qarşılıqlı şəkildə ola bilər.





Paylaş:


Müəllif : Tarix:
20-12-2023, 20:59
Sikayət   


loading...
Загрузка...

Oxşar Xəbərlər