Pakistan məhkəməsi İmran Xanı zaminə buraxdı
Pakistanın Ali Məhkəməsi dövlət sirri haqqında qanunun pozulması ittihamı ilə həbs edilən keçmiş baş nazir İmran Xanı və keçmiş xarici işlər naziri Şah Mahmud Qureşini zaminə buraxıb.
Bu barədə “Dawn” qəzeti məlumat yayıb.
“Ali məhkəmənin qərarı sürpriz oldu, çünki Xan və Qureşi “Adiala” vilayət həbsxanasında dövlət sirri haqqında qanunun pozulması üzrə xüsusi təyinatlı məhkəmə tərəfindən yenidın mühakimə olunur", - deyə nəşr qeyd edib.
Qeyd edək ki, Xan və Qureşiyə qarşı ittihamlar ilk dəfə oktyabr ayında xüsusi təyinatlı məhkəmənin qapalı iclasında irəli sürülüb. Bununla belə, noyabrda Pakistanın Ali Məhkəməsi sabiq baş nazir və xarici işlər nazirinin həbsxanada olması ilə bağlı məhkəmə prosesinin qanunsuz və səhv olduğunu bəyan edib. Bununla bağlı məhkəmə prosesi ləğv edilib və xüsusi təyinatlı məhkəmə iclası davam etdirərək, ictimaiyyət nümayəndələri və jurnalistlər üçün açıq keçirilən prosesdə təqsirləndirilən şəxslərə yenidən ittiham elan edib.
Xatırladaq ki, vəkillərin fikrincə, dövlət sirri haqqında qanunu pozmaqda təqsirli bilinənləri 14 ilə qədər həbs və ya hətta ölüm cəzası gözləyir.
Buna baxmayaraq İmran Xan və Şah Mahmud Qureşi özlərini təqsirli bilmirlər.
Paylaş:
Müəllif : Fuad
Tarix:22-12-2023, 17:24
Sikayət
loading...
Загрузка...
Oxşar Xəbərlər