reklam
Regionxeberlericom.az » Siyasət » İran Rusiyaya nota verdi

reklam

İran Rusiyaya nota verdi















Rusiyanın Tehrandakı müvəqqəti işlər vəkili Mərakeşdə keçirilən Rusiya-Ərəb Əməkdaşlıq Forumunun VI sessiyasının iştirakçılarının yekun bəyanatı ilə əlaqədar İran Xarici İşlər Nazirliyinə çağırılıb.

Bu barədə İran XİN bəyanat yayıb.

Qeyd olunub ki, müvəqqəti vəkilə etiraz notası verilib. Belə ki, forumun bəyanatında İran və Birləşmiş Ərəb Əmirlikləri arasında ərazi mübahisəsi predmeti olan Fars körfəzindəki üç adanın mülkiyyətinə toxunulub.

Halbuki, forumun sessiyasında iştirak edən Rusiya və ərəb ölkələrinin xarici işlər nazirləri xüsusilə Böyük Tomb, Kiçik Tomb və Əbu Musa adaları probleminin beynəlxalq hüquq prinsipləri və BMT Nizamnaməsinə uyğun olaraq sülh yolu ilə həllinə nail olmaq üçün irəli sürülən təşəbbüslər və səylərə dəstəyi vurğulayıblar./Report




Paylaş:


Müəllif : Tarix:
24-12-2023, 22:18
Sikayət   


loading...
Загрузка...

Oxşar Xəbərlər