Tariyel Əhmədovun qətli ilə bağlı iş məhkəməyə göndərildi
“Təfəkkür Universiteti”nin prorektoru Tariyel Əhmədovun qətlində ittiham olunanların cinayət işi üzrə ibtidai istintaq başa çatıb.
Məlumata görə, iş üzrə toplanmış materillar baxılması üçün Bakı Ağır Cinayətlər Məhkəməsinə göndərilib.
Cinayət işini Siyavuş Hacıyevin sədrlik etdiyi hakimlər heyəti araşdıracaq.
İlk iclas yaxın günlərdə keçiriləcək.
İttihama görə, qətlin sifarişçisi həbsinə qədər Elm və Təhsil Nazirliyinin İqtisadiyyat İnstitutunun icraçı direktoru və həmin İqtisadiyyat İnstitutu nəzdində İqtisad elmləri sahəsində doktorluq dissertasiya şurasının sədri vəzifəsində çalışan Müşviq Atakişiyev olub. O, hadisə vaxtı “Elm və Təhsil Mərkəzi Təfəkkür Universiteti”nin rektoru işləyib. Rektor mərhum prorektoru işgüzar nüfusu üçün maneə hesab edib, bu səbəbdən onun qətlini sifariş verib. Qətlin icraçıları isə Dəyanət Quliyev və Samir Quliyevdir. Onlar da eyni iş üzrə təqsirləndirilən şəxsdirlər.
M.Atakişiyev, D.Quliyev və S.Quliyevə qarşı Cinayət Məcəlləsinin Cinayət Məcəlləsinin 120.2.5-ci (tamah məqsədilə qəsdən adam öldürmə) maddəsi ilə ittiham irəli sürülüb.
Bu maddənin sanksiyasında 14 ildən 20 ilə və ya ömürlük azadlıqdan məhrum etmə cəzası nəzərdə tutulur.
Paylaş:
Müəllif : Yazar
Tarix:25-12-2023, 20:07
Sikayət
loading...
Загрузка...
Oxşar Xəbərlər