reklam
Regionxeberlericom.az » Siyasət » Türkiyədə İsveçin NATO-ya qəbulu ilə bağlı ratifikasiya protokolu təsdiqləndi

reklam

Türkiyədə İsveçin NATO-ya qəbulu ilə bağlı ratifikasiya protokolu təsdiqləndi


















Türkiyə Parlamentinin Xarici Əlaqələr Komissiyası İsveçin NATO-ya qəbulu ilə bağlı ratifikasiya protokolunu təsdiqləyib.

“TRT Haber” telekanalı xəbər verir ki, bu barədə qərar çərşənbə axşamı keçirilən iclasda qəbul edilib.

Qeyd edilir ki, indi sənəd Parlamentin Baş Assambleyasının tam iclasında səsverməyə çıxarılacaq. Bununla bağlı səsvermənin keçiriləcəyi tarix hələlik məlum deyil, lakin reqlamentə əsasən, sənədin komissiya tərəfindən təsdiqləndiyi tarixdən 48 saat sonra baxılması mümkündür.

Qeyd edək ki, İsveçin Türkiyə Məclisində NATO-ya üzvlüklə bağlı müraciətinin ratifikasiyası prosesi oktyabrda başlayıb. İlkin olaraq protokol Beynəlxalq Əlaqələr Komissiyasına təqdim edilib, qəbul edildikdən sonra Parlamentin Baş Assambleyasının səsverməsinə çıxarılacaq.

Yalnız Macarıstan və Türkiyə İsveçin alyansa qoşulması ilə bağlı protokolları ratifikasiya etməyib. Krallığın NATO-ya müraciətini təsdiqləmək üçün Türkiyə ölkənin hakimiyyət orqanlarından terrorizmlə mübarizə haqqında yenilənmiş qanunu, xüsusən də Ankara tərəfindən terror təşkilatı elan edilmiş Kürdüstan İşçi Partiyasına qarşı mübarizə məsələsində praktikada tətbiq etməyi tələb edir.




Paylaş:


Müəllif : Tarix:
26-12-2023, 21:26
Sikayət   


loading...
Загрузка...

Oxşar Xəbərlər