reklam
Regionxeberlericom.az » Siyasət » ABŞ Konqresində Ukraynaya yardım paketinin qəbulu ilə bağlı maneələr qalmaqdadır

reklam

ABŞ Konqresində Ukraynaya yardım paketinin qəbulu ilə bağlı maneələr qalmaqdadır









Senatın ilin son iclasında senator Maykl Bennet kürsüyə qalxaraq, demək olar ki, boş olan palata qarşısında çıxış edərək, Konqresi Ukraynaya dəstəyi gücləndirməyə çağırıb.

"Nəyin təhlükədə olduğunu başa düşün!" - deyə, o bildirib.

Təxminən bir saat davam edən emosional çıxışı zamanı Kolorado ştatından olan Demokrat qanunverici senatorları iki ilə yaxın davam edən münaqişəyə avtoritarizm və demokratiya arasında həlledici qarşıdurma kimi baxmağa çağırıb.

Qanunverici həmkarlarından "məsələni silh-sursatla həll edib-etməyəcəyimizi bilmədən bu şaxtalı cəbhədə döyüşməyin" nə demək olduğunu düşünmələrini xahiş edib.

Ukraynaya yardım demək olar ki, tükəndiyi bir vaxt Konqres tətilə çıxıb və işə yalnız iki həftədən sonra qayıdacaq.

Bayden administrasiyası Yeni İldən əvvəl başqa bir yardım paketi göndərməyi planlaşdırıb, lakin Konqres əlavə vəsaiti təsdiqləməsə, bunun sonuncu yardım olacağını bildirib.

Konqresdəki dəstəyin azaldığı və qlobal təhlükəsizliyə hədə olan münaqişə və iğtişaşların artdığı bir vaxt Birləşmiş Ştatlar yenidən dünyada öz rolunu təsdiqləməyə çalışır.

Lakin keçmiş prezident Donald Trampın təsiri altında bəzi Respublikaçı qanunvericilər xüsusən də söhbət Ukraynaya yardımdan getdiyi halda, Amerikanın xarici müdaxiləsi məsələsinə daha çox şübhə ilə yanaşır.

Ukraynanın müdafiəsinə dəstək bir vaxtlar hər iki partiyanın qanunvericilərini birləşdirən mövzulardan biri hesab olunurdu.

Ancaq hazırda təxminən 61 milyard dollarlıq maliyyənin taleyi sərhəd təhlükəsizliyi və immiqrasiya siyasətində dəyişikliklərlə bağlı incə danışıqlardan asılıdır.

"Biz elə bir dövrdə yaşayırıq ki, hər cür qüvvələr burada və xaricdə demokratiyaya hücum edir", Bennet deyib.

İsrailə yardım və sərhəd təhlükəsizliyi kimi Respublikaçılar üçün prioritet məsələləri paketə daxil edən Ağ Evin strategiyası da Demokratlar arasında suallar yaradıb.

İsrailin Qəzzada minlərlə dinc sakinin ölümünə səbəb olan hərbi kampaniyasını tənqid edən proqressiv qanunvericilər İsrailə maliyyənin ayrılması üçün humanitar şərtlərin qoyulmasına çağırır.

Senat və Nümayəndələr Palatasındakı latın amerikalı mənşəli qanunvericilər isə sığınacaq məhdudiyyətlərini tənqid edib.

Ağ Evin əməkdaşları və Senat nümayəndələri qarşıdakı iki həftə ərzində Konqres tətildən qayıdana qədər hazır olmaq ümidi ilə sərhəd təhlükəsizliyi ilə bağlı qanun layihəsi üzərində işləməyi planlaşdırır.

amerikaninsesi




Paylaş:


Müəllif : Tarix:
27-12-2023, 10:20
Sikayət   


loading...
Загрузка...

Oxşar Xəbərlər