reklam
Regionxeberlericom.az » Siyasət » İranla Rusiya arasında Zəngəzur mübahisəsi – Rəisi bu planı dəstəklədi

reklam

İranla Rusiya arasında Zəngəzur mübahisəsi – Rəisi bu planı dəstəklədi

















Qərbi Kaspi Universitetinin professoru, politoloq Fikrət Sadıqov Teleqraf.com-un suallarını cavablandırıb.

Onunla müsahibəni təqdim edirik.

- Rusiyada Azərbaycan və Ermənistan liderləri arasında ikitərəfli görüş oldu. Görüşdən sonra Kremlin sözçüsü Dmitri Peskov sülh müqaviləsi ilə bağlı müsbət mesaj verdi. Hesab etmək olarmı ki, sülh prosesi yenidən Rusiya formatına qayıdır?

- Qərblə Rusiya arasında bu məsələ ilə bağlı açıq mübahisə var. Elə mübahisə edirlər ki, sanki onlardan bizə bir xeyir gələcək?! Reallıq budur ki, sülh müqaviləsi bizimlə Ermənistan arasında bağlanmalıdır, Qərblə Rusiya arasında yox. Bütün məsələlər də bizim aramızda müzakirə olunmalıdır. Vaşinqton olsun, Brüssül olsun, Moskva olsun – fərqi yoxdur, məsələni öz aramızda çözməliyik.

Bütün hallarda Peskovun dedikləri bizim mövqeyimizlə üst-üstə düşür. Çünki biz də sülhün tərəfdarıyıq, sazişin imzalanmasını istəyirik. Prosesə də maneə yaratmırıq. Ermənistan da buna normal, sivil qaydada getməlidir, sülh istəyirsə, bütün şərt və tələblərini kənara qoymalıdır.

- Diqqətçəkən bir məqam da liderlərin üçtərəfli görüşünün keçirilməməsi oldu. Sizcə, Rusiya Prezidenti Vladimir Putin niyə fürsət varkən belə bir təşəbbüs irəli sürmədi?















- Əslində, Sankt-Peteburqdakı toplantı qeyri-rəsmi sammit idi, ciddi məsələlərin müzakirəsi planlaşdırılmamışdı. Bəli, Azərbaycan və Ermənistan liderləri arasında bu çərçivədə bir ayaqüstü görüş oldu. Putin hesab edir ki, buna Moskva şərait yaradıb. İndi onlar belə hesab edirlərsə, olsun, biz öz xəttimizdən dönməyəcəyik. Əsas məsələ budur ki, bir sıra detallar öz həllini tapmalıdır. Məsələn, Ermənistan sülh müqaviləsinə “ermənilərin Qarabağa qayıtması və onların təhlükəsizli ilə bağlı maddə” əlavə etmək istəyir. Ermənistan sülh prosesinə mane olan bu kimi iddialarından geri durmalıdır. İndi Peteburqda liderlər arasında fikir mübadiləsi aparıldı, düşünürəm ki, Paşinyan bununla mövqeyimizi bir daha bildi və bundan nəticə çıxarmalıdır.

- İran Prezidenti İbrahim Rəisi ötən günlərdə Ermənistanın “Sülh qovşağı” layihəsinə dəstəyini bildirdi. Bu proje də Zəngəzurdan keçəcək nəqliyyat dəhlizlərinə Ermənistanın nəzarətini ehtiva edir. Rusiyaya görə isə nəzarət onda olmalıdır. Azərbaycan və Türkiyəni anladıq, bəs İran niyə yaxın əlaqədə olduğu Rusiyanın da nəzarətinə qarşı çıxır?

- Düşünmürəm ki, bu fikir ayrılığı radikal xarakter daşıyır. Razılığa gələ bilərlər. Rusiya və İran anti-Qərb siyasətində bir-birinin yanındadır. Sanksiyaların tətbiq olunduğu bir vaxtda Rusiya İranın bəzi istəklərini nəzərə ala bilər. İndi Zəngəzur dəhlizi ilə bağlı aralarında fikir ayrılığının olduğunu istisna etmirəm, amma bunun qarşıdurma həddində olduğunu düşünmürəm. Çünki bir sıra ciddi məsələlərlə bağlı eyni mövqedədirlər.

- Putin yanvarda Türkiyəyə səfər edəcək. Bu səfər çərçivəsində onun Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanla görüşündən gözləntiniz necədir? Xüsusən də bizim regionla bağlı məsələlər kontekstində...

- Ərdoğan-Putin görüşü bizim üçün də faydalı ola bilər. Çünki Türkiyə prezidenti həmişə Azərbaycanın yanındadır. Ərdoğan Azərbaycanın mövqeyini müdafiə edən bir dövlət başçısı kimi, bir sıra məsələləri Putinlə müzakirə edərək razılığa gələ bilər. Ərdoğan Ermənistanın qondarma iddialarının da geri götürülməsinə nail ola bilən bir liderdir. Türkiyə lideri indiyədək bu kimi məsələlərin həllində ciddi uğurlara imza atıb. Məsələn, NATO-ya üzv olmaq istəyən Finlandiya və İsveçə Türkiyənin tələblərini qəbul etdirib. Artıq Finlandiya bu tələbləri yerinə yetirərək NATO-ya üzv olub, İsveç də tədricən yerinə yetirir.

Rusiyaya gəlincə, o, indi müəyyən dərəcədə Türkiyədən asılı dövlətdir. İndiyədək Qərb dövlətləri tərəfindən Rusiyaya qarşı 12 sanksiya paketi tətbiq olunub. Belə bir çətin durumda Rusiyanın Türkiyəyə ehtiyac var.

Türkiyə bundan sonra da Rusiya ilə normal əlaqələrini saxlayaraq, Azərbaycanın mövqelərini etibarlı şəkildə müdafiə edəcək.





Paylaş:


Müəllif : Tarix:
28-12-2023, 09:39
Sikayət   


loading...
Загрузка...

Oxşar Xəbərlər