AKP seçkilərdə İmamoğlunun qarşısına Murat Kurumu çıxarır – Dosye
Bu il mart ayının 31-də Türkiyədə keçiriləcək bələdiyyə seçkilərində hakim Ədalət və İnkişaf Partiyasının (AKP) namizədi bəlli olub.
Bunun Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan tərəfindən bu gün – yanvarın 7-də Haliç Konqres Mərkəzində açıqlamansı planlaşdırılırdı, lakin artıq yerli KİV sözügedən şəxsin kimliyinin bəlli olduğunu yazıb.
AKP-nin İstanbulun hazırkı bələdiyyə sədri, həmçinin ölkənin ana müxalifət partiyası Cümhuriyyət Xalq Partiyasının (CHP) sözügedən vilayətdəki namizədi Əkrəm İmamoğlunun qarşısına keçmiş ətraf mühit və şəhərsalma naziri Murat Kurumun çıxarılacağı bildirilir.
Qeyd edək ki, Prezident Rəcəb Tayyib Ərdoğan İstanbuldakı Haliç Konqres Mərkəzində bu gün keçiriləcək toplantıda 12-si böyük şəhər olmaqla 28 bələdiyyə başçı namizədini açıqlayacaq.
Murat Kurum kimdir?
1976-cı ildə Ankarada anadan olub. İbtidai və orta təhsilini Ankarada tamamlayıb. 1999-cu ildə Konya Səlcuq Universitetinin Mühəndislik-memarlıq fakültəsinin İnşaat mühəndisliyi ixtisasını bitirib. 2017-ci ildə Okan Universiteti Elm və Texnologiya İnstitutunda Şəhər planlanması ixtisası üzrə magistr dərəcəsini bitirib.
1999-2005-ci illərdə müxtəlif özəl təşkilatlarda çalışıb. 2005-2006-cı illərdə TOKİ (Kütləvi Mənzil İnşaatı İdarəsi) Ankara İcra Departamentində, 2006-2009-cu illərdə TOKİ İstanbul İcra Şöbəsində, 2009-2018-ci illərdə Baş nazirliyin tabeliyində fəaliyyət göstərən Kütləvi Mənzil İnşası İdarəsinə bağlı “Əmlak Mənzil” Daşınmaz Əmlak İnvestisiya Trestində Baş direktor və İdarə Heyətinin üzvü vəzifələrində çalışıb. 2018-2023-cü illər aralığında ətraf mühit və şəhərsalma naziri vəzifəsində çalışdıqdan sonra 28-ci çağırış Türkiyə Böyük Millət Məclisinə AKP-nin İstanbul millət vəkili seçilib.
Ailəlidir və 3 övladı var.
(Yeniavazcom)
Paylaş:
Müəllif : Fuad
Tarix:7-01-2024, 11:41
Sikayət
loading...
Загрузка...
Oxşar Xəbərlər