Ukraynanın SON OYUNU: Niyə heç kim sülh istəmir?
“Hər iki tərəf Ukraynadakı münaqişəyə son qoymaq üçün danışıqlara hazır deyil. İndi nə Kiyev, nə də Moskva danışıqlara hazır görünür. Çünki hər iki tərəf döyüş meydanında vəziyyətin onların xeyrinə dəyişəcəyinə ümid bəsləyir. Üstəlik, Ukrayna Qərbdəki əhval-ruhiyyənin dəyişməsinə arxalanır”.
Globalinfo.az xəbər verir ki, bu barədə Çexiyanın “Lidovki” nəşrində dərc olunan məqalədə deyilir. Məqalə müəllifinin sözlərinə görə, Ukrayna münaqişəsi dalana dirənib. Bəzi şərhçilər bundan belə nəticəyə gəlirlər ki, sülh danışıqlarının vaxtı çatıb. Amma nə Kiyev, nə də Moskva buna hazırdır. Çünki hər iki tərəf ümid edir ki, zaman keçdikcə vəziyyət onların xeyrinə dəyişəcək. Bundan əlavə, Ukrayna Prezidenti Vladimir Zelenski və Rusiya Prezidenti Vladimir Putinin nəyin uğrunda mübarizə apardıqları barədə fərqli fikirlər var.
Məqalə müəllifi daha sonra münaqişənin ilk vaxtlarında baş tutan danışıqlara diqqət çəkir:
“Rusiya xüsusi əməliyyata başlayandan az sonra Belarusda sülhə dair danışıqlar start götürdü. Moskvanın tələbləri aydın idi. Ukrayna təslim olmalı, Rusiya isə yeni rejim yaratmalıydı. Təbii ki, Vladimir Zelenski bundan imtina etdi. Hərçənd həmin vaxt rus qoşunları Kiyevin bir addımlığında dayanmışdı. Sonra cəbhədə vəziyyət dəyişdi. Rus ordusu ağır itkilərlə üzləşdiyi üçün Kiyevdən geri çəkildi və Avropa ölkələri Ukraynaya ağır silahlar göndərməyə başladı. Rusiya artıq Ukraynanın təslim olmasında israrlı deyil. Kreml Kiyevdən Krımın işğalı faktını tanımasını və NATO üzvlüyündən imtina etməsini istəyir. Hərçənd Putinin iştahı daha böyükdür. Kreml rəhbəri bütün Ukraynanı ələ keçirməyi planlaşdırır və müharibə yorğunluğunun, eləcə də Qərbdəki siyasi gərginliyin Kiyevi dəstəkdən məhrum edəcəyinə ümid bəsləyir”.
Məqalədə deyilir ki, Rusiya hər an yenidən hücuma keçə bilər:
“Vladimir Putin hələ də müstəqil Ukraynanın məhv edilməsində israrlıdır və Qərblə müharibə aparır. Əgər qalib gəlsə, onun aqressiv iştahı güclənəcək. Ona görə də Ukraynanı mümkün qədər tez silahlandırmaq və bununla da Rusiyanı sülhə məcbur etmək lazımdır. Qərb cəmiyyətində Ukraynaya kömək etmək istəyi tamamilə aradan qalxana qədər buna nail olmaq mütləqdir”.
Globalinfo.az
Paylaş:
Müəllif : Fuad
Tarix:10-01-2024, 12:05
Sikayət
loading...
Загрузка...
Oxşar Xəbərlər