reklam
Regionxeberlericom.az » Siyasət » Böyük Britaniya Ukraynayla təhlükəsizlik zəmanətləri haqqında saziş bağladı

reklam

Böyük Britaniya Ukraynayla təhlükəsizlik zəmanətləri haqqında saziş bağladı


















Ukrayna Prezidenti Volodimir Zelenski və Böyük Britaniyanın Baş naziri Rişi Sunak təhlükəsizlik zəmanətləri haqqında saziş imzalayıblar.

Bu saziş Ukrayna NATO-ya daxil olana qədər qüvvədə olacaq.

Qeyd edək ki, NATO-nun Vilnüsdə keçirilən sammitində G7 ölkələri bəyannamə qəbul ediblər və ona əsasən, G7-yə üzv olan ölkələrin hər biri Ukraynaya təhlükəsizlik zəmanəti verəcəyini öhdəsinə götürüb. Beləliklə, Böyük Britaniya müvafiq saziş bağlayan G7 ölkələrindən birinci olub.

Britaniya hakimiyyətinin tarixi adlandırdığı müqavilədə Ukraynaya yeni hücum olacağı təqdirdə, Böyük Britaniyanın Kiyevə tez və davamlı müdafiə yardımı göstərilməsi nəzərdə tutulur.

Müqavilə həmçinin kəşfiyyat məlumatlarının mübadiləsi, kibertəhlükəsizlik və müdafiə sənayesi sahələrində əməkdaşlıq, tibb işçilərinin və hərbi personalın hazırlanması da daxil olmaqla, Böyük Britaniyanın Ukraynaya artıq təmin etdiyi yardımı rəsmiləşdirir.




Paylaş:


Müəllif : Tarix:
12-01-2024, 20:42
Sikayət   


loading...
Загрузка...

Oxşar Xəbərlər