Azərbaycan 8 kənd məsələsini də həll edir - İNCƏLƏMƏ
Sovet dövründə Ermənistana verilən torpaqlar da geri qaytarılmalıdır.
Azərbaycan Prezidenti İlham Əliyev yanvarın 10-da yerli telekanallara verdiyi müsahibədə Ermənistanın işğal altında saxladığı 8 kəndin qaytarılması ilə bağlı mühüm açıqlamalar verib. Eyni zamanda, dövlət başçısı Azərbaycanla Ermənistan arasında sərhədlərin delimitasiyası və demarkasiyası prosesinə dair sualı cavablandırıb.
Prezident bildirib ki, Azərbaycan və Ermənistan tərəfindən yaradılmış sərhədlərin delimitasiyasına dair komissiyaların növbəti görüşündə məhz Qazax rayonunun 7 kəndinin (Yuxarı Əskipara, Aşağı Əskipara, Bağanıs Ayrım, Sofulu, Barxudarlı, Qızıl Hacılı, Xeyrimli) və Sədərək rayonunun Kərki kəndinin Azərbaycana qaytarılması məsələsi müzakirə olunacaq.
“Bu məsələ həm mənim Ermənistanın Baş naziri ilə təmaslar əsnasında müzakirə edilir, o cümlədən Sankt-Peterburqda ayaqüstü son söhbət zamanı mən bu məsələni qaldırmışdım və eyni zamanda, delimitasiya ilə bağlı komissiyaların gündəliyində də bu məsələ dayanır. Onu da bildirməliyəm ki, komissiyaların növbəti görüşü bu ay nəzərdə tutulur və orada bir mövzu olacaq: həmin o bölgənin delimitasiya məsələsi, Qazax-Tovuz bölgəsinin”,-deyə Prezident İlham Əliyev vurğulayıb.
Dövlət başçısı işğal altında olan kəndlərin qaytarılması ilə bağlı Ermənistana konkret təkliflər verildiyini bildirib:
“O ki qaldı işğal altında olan kəndlərə, hesab edirəm ki, bizim təklifimiz də çox məntiqlidir. Bildiyiniz kimi, orada anklav və qeyri-anklav kəndlər var. O kəndlər ki, anklav kəndlər deyil, həmin dörd kənd Azərbaycana qeyd-şərtsiz qaytarılmalıdır. O kəndlər ki, anklav kəndlərdir, - çünki Ermənistanın bir anklav kəndi Azərbaycan ərazisindədir, - həmin kəndlərlə əlaqədar ayrıca bir ekspert qrupu yaradılmalıdır və o, müzakirə edilməlidir. Biz hesab edirik ki, bütün anklavlar qaytarılmalıdır. Bu anklavlara gedən yollarda şərait olmalıdır və bu anklavlara orada yaşayan insanlar yerləşdirilməlidir. Yəni, bizim mövqeyimiz bundan ibarətdir”.
Görünür ki, yanvar ayının ikinci yarısında səkkiz kəndin qaytarılması məsələsi Azərbaycan və Ermənistan arasında komissiyalar səviyyəsində aparılacaq danışıqların gündəliyini təşkil edəcək. Lakin işğal altındakı yaşayış məntəqələrinin qeyd-şərtsiz, yoxsa sərhədlərin delimitasiyası və demarkasiyası prosesi şərçivəsində qaytarılacağını dəqiqləşdirmək üçün müzakirələ ehtiyac var. Ermənistan işğal etdiyi ərazilərdən çəkilmək üçün qeyri-sabit mövqe nümayiş etdirir.
Belə ki, Paşinyan hökuməti kəndlərin sərhədlərin delimitasiyası və demarkasiyası çərçivəsində qaytarılmasını təklif edir. Eyni zamanda, rəsmi İrəvan sərhədlərin yalnız “güzgü prinsipi” əsasında müəyyənləşməsini vacib sayır. Bu isə qoşunların şərti sərhəddən simmetrik qaydada geri çəkilməsi deməkdir. Ermənistanın məqsədi bu məsələni gündəmə gətirməklə Azərbaycanın 44 günlük müharibədən sonrakı müddətdə şərti sərhəddə yerləşdiyi mövqelərdən və nəzarətə götürdüyü yüksəkliklərindən çıxmasına nail olmaqdır. Prezident İlham Əliyev isə müsahibəsində Azərbaycanın yerləşdiyi mövqelərdən geri çəkilməyəcəyini bildirib. Azərbaycan Prezidentinin sözləri rəsmi Bakının sərhədlərin müəyyənləşməsini sülh müqaviləsindən əvvəl həyata keçirməyin tərəfdarı olmadığını təsdiq edir. Əks təqdirdə, sülh sazişinin imzalanması prosesi on illərlə ləngiyə bilər.
Bununla yanaşı, Azərbaycan həm səkkiz kəndin işğaldan azad olunması, həm də sərhədlərin delimitasiyası və demarkasiyası prosesini sürətləndirmək üçün konsensus variant irəli sürüb. Belə ki, Azərbaycan sərhədlərin müxtəlif ərazilər üzrə mərhələli şəkildə müəyyənləşməsini təklif edir. Bu baxımdan, Qazax, Ağstafa və Tovuz rayonlarının Ermənistanla sərhədinin delimitasiyası zamanı müxtəlif dövrün xəritələri və hüquqi sənədlər əsas götürülə bilər. Digər sərhədyanı bölgələrlə bağlı başqa sənədlərə istinad ediləməsi mümkündür. Hətta komissiyalar Sovet dövründə mövcud olmayan yeni sərhəd xəttinin müəyyənləşməsi üçün ortaq razılaşma əldə edə bilər. Şimal-qərb istiqamətində sərhədlərin delimitasiyasına nail olmaq üçün ilk növbədə işğal faktı aradan qalxmalıdır. Ancaq kəndlərin qaytarılması delimitasiya prosesinin tərkib hissəsi ola bilməz. Bu halda Qazax rayonun yeddi yaşayış məntəqəsi on illərlə işğal altında qala bilər. Anklav və ya qeyri-anklav olmasından asılı olmayaraq, Ermənistan səkkiz kənddən qoşunlarını çıxartmalıdır. İşğal faktı aradan qalxmadan iki ölkə arasında sülh sazişi imzalana bilməz.
Hətta Ermənistan həmin kəndləri qaytarmasa, Azərbaycan güc təbiq etməklə sözügedən əraziləri azad etmək hüququnu özündə saxlayır. Ancaq Azərbaycan prosesi asanlaşdırmaq üçün birinci mərhələdə anklav olmayan dörd kəndin (Qızıl Hacılı, Aşağı Əskipara, Bağanıs Ayrım, Xeyrimli) qeyd-şərtsiz qaytarılmasını təklif edib. Anklav olan digər dörd kəndin (Yuxarı Əskipara, Sofulu, Barxudarlı, Kərki) qaytarılması isə komissiyalar arasında aparılan danışıqlar zamanı öz həllini tapacaq.
Bu, Ermənistana kifayət qədər böyük güzəştdir və rəsmi İrəvanın həmin şərtdən imtina etməsi üçün heç bir əsas yoxdur. Əks təqdirdə, Azərbaycan hərbi yolla işğal altındakı yaşayış məntəqələrini azad edəcək. Dörd qeyri-anklav kəndlərin qaytarılması həmin istiqamətlərdə sərhədlərin delimitasiyasını da asanlaşdıra bilər. Ermənistanın digər dörd kəndi də işğal altında saxlaması mümkün deyil. İlk növbədə, həmin kəndlər həm de-yure, həm də tarixi baxımdan, Azərbaycan əraziləridir. İkincisi, Ermənistan Baş naziri Azərbaycanın 86,6 min kvadrat kilometrlik ərazi bütövlüyünü tanıdığına dair sənəd imzalayıb. Həmin əraziyə səkkiz kənd də daxildir. Üçüncüsü, Sofulu və Barxudarlı kəndlərinin işğalına son qoyulmasa, Bakı-İcevan dəmir yolu xətti açıla bilməz.
Çünki dəmir yolu Sofulu və Barxudarlı stansiyalarından keçir. Yəni kəndlərin işğalda qalması kommunikasiyaların bağlı qalmasına və Ermənistanın blokadasına şərait yaradır. Ona görə Ermənistan kəndləri qeyd-şərtsiz Azərbaycana qaytarmalıdır. Hətta delimitasiya prosesində Sovet dövründə Qazax rayonunun qanunsuz olaraq Ermənistana verilmiş torpaq sahələrinin də qaytarılması gündəmə gələ bilər.
Müxtəlif illərdə Qazax rayonun minlərlə hektar əkin və biçənək sahələri Ermənistana verilib. 1924-1928-ci illərdə Qazax mahalının 4000 min desyatin (4360 hektar) ərazisi və Quşçu Ayrım kəndi heç bir hüquqi əsası olmadan Ermənistan SSR-nin tabeliyinə keçib. 1982-1984-cü illərdə isə Qazax rayonun 1675 hektar torpaq sahəsi Ermənistana pay edilib. Hətta bəzi mənbələrdə bu ərazinin 5 min hektar olduğu bildirilir. Nəticədə, Qazaxın kəndləri anklav vəziyyətə düşüb. Ona görə də işğal altındakı kəndlər qeyd-şərtsiz azad olunmalıdır, həmin torpaqların qaytarılmasına isə delimitasiya prosesində baxıla bilər. Rəsmi İrəvan tərəddüd etməsi daha çox Yuxarı Əskipara və Kərki kəndlərinin qaytarılmasına strateji məsələ kimi baxması ilə bağlıdır. Paşinyan hökuməti hesab edir ki, 1990-1992-ci illərdə işğal edilmiş kəndlər Azərbaycana verilərsə, Ermənistanın şimalı ilə cənubunu birləşdirən və həmin kəndlərdən keçməklə Gürcüstana gedən yol Azərbaycanın nəzarətinə keçə bilər.
Bununla da Ermənistan tam blokada vəziyyətinə düşər. Qeyd edək ki, Ermənistanın şimalı və cənubunu birləşdirən magistral dedikdə, M-4 yolu nəzərdə tutulur. Hələ SSRİ dönəmində Qazax rayonundan İcevan-Dilican rayonları istiqamətində gedən respublikalararası yol Göyçə aşırımından keçməklə İrəvan-Qafan istiqamətində uzanırdı. Birinci Qarabağ müharibəsi zamanı Qazax rayonunun kəndləri işğal edildikdən sonra yola nəzarət ermənilərin əlinə keçdi. İndi iki istiqamətdən gələn yol bu ərazidən keçməklə Gürcüstana gedən M-6 yoluna birləşir.
Bu yolun biri Yuxarı Əskiparadan keçən M-4 yolunu Bağanıs Ayrım kəndi ərazisində M-6 ilə birləşdirən H-53 magistralıdır. Digər yol da Tavuş əyalətindən şimal-qərbə uzanan H-37 magistralıdır ki, bu da Barxudarlı və Sofulu kəndlərindən keçməklə, Bağanıs Ayrım ərazisində H-53 yoluna birləşir. Ermənilər işğal altındakı kəndləri qaytaracaqları halda, bütün bu yollardan məhrum olacaqlarını iddia edirlər.
Rəsmi İrəvan həmçinin, Ermənistanı İranla birləşdirən və Kərki kəndinin yaxınlığından keçən M-2 şimal-cənub magistral yolunun bağlanacağı təqdirdə ölkənin tam blokadaya düşəcəyini iddia edir. Lakin bu məsələləri həm sülh sazişi, həm də delimitasiya və demarkasiya prosesi çərçivəzində imzalancaq sənədlərlə tənizmləmək mümkündür. Məsələn, Ermənistanın hərbi təcavüz etməyəcəyi təqdirdə, Azərbaycanın da bu yolları bağlamayacağına dair razılaşma imzalana bilər. Qazax rayonundan fərqli olaraq, Ağstafa və Tovuz rayonlarında isə müharibə dövründə sərhəd xətti ilə bağlı mübahisəli ərazilər demək olar ki, çox azdır. Ermənistan Ağstafanın Tatlı kəndindəki yüksəkliklərdən Azərbaycan Ordusnun çəkilməsi şərtini irəli sürür. Ancaq həmin ərazidə Sovet dövründəki administrativ sərhədlər əsasən olduğu kimi qalıb. Mübahisəli yerlərlə bağlı isə komissiyalar razılığa gələ bilər.
Tovuz rayonunda da vəziyyət sabitdir. Məsələn, Tovuzun Ağdam kəndi ərazisindəki “Qara qaya” yüksəkliyində Ermənistan ordusu “Taxıllıq” adlanan ərazidə həmişə hərbi post qurmağa cəhd edib və ora iddialı olub. Həmin ərazidə və Ağdam kəndi yaxınlığındakı su anbarının kənarındakı qəbiristanlıq 1988-ci ilə qədər Tovuz rayonunun inzibati ərazi vahidinə daxil olub. Lakin müharibə başladıqdan sonra qeyd edilən qəbiristanlığın sahəsi və oranı Ağdam kəndi ilə birləşdirən yol döyüş zonasına çevrilib. Delimitasiya nəticəsində Ermənistan hazırda nəzarətsiz qalmış həmin ərazinin de-yure Azərbaycana aid olduğunu tanıya bilər.
Paşinyan hökuməti Gədəbəy rayonun Başkənd kəndinin anklav kimi Sovet dövründə Ermənistan aid olduğunu iddia edir və qaytarılmasına dair şərt irəli sürür. Lakin adıçəkilən kənd 1920-ci ilə qədər Azərbaycana məxsus olub və Sovet Rusiyası tərəfindən qanunsuz olaraq Ermənistana verilib. İkincisi, Başkənddəki erməni separatçılar 1992-ci ilin avqust ayında hərbi əməliyyatlardan sonra ərazini tərk ediblər. Həmin dövrdə isə Ermənistan Azərbaycan qarşı işğalçılıq müharibəsi elan etməklə öz sərhədlərindən imtina etmişdi.
Bu baxımdan, Başkənd Ermənistan ərazisi sayıla bilməz. Əgər Ermənistan Başkənd məsələsində israr edirsə, o zaman alternativ olaraq iki variant təklif oluna bilər. Ermənistan 1969-cu ildə Azərbaycandan qanunsuz olaraq aldığı Gədəbəy rayonunun Tağlar kəndini və onun minlərlə hektar torpaq sahəsini geri qaytarmalıdır. Rəsmi İrəvan buna razı olmasa, o zaman Azərbaycan Başkənddən köçən ermənilərə şərti kompensasiya təklif edə bilər.
Müşfiq Abdulla
"Cebhe.info"
Paylaş:
Müəllif : Yazar
Tarix:13-01-2024, 10:35
Sikayət
loading...
Загрузка...
Oxşar Xəbərlər