Kremldən İrəvana yeni sürprizlər - “cücələr” oktyabrda sayılacaq
Ermənistanın baş naziri Nikol Paşinyan Qərbin, öncəliklə də ABŞ-ın “könlünü” almağın yollarını arayır. Onun gələn həftə Birləşmiş Ştatlara nəzərdə tutulan səfərində əsas hədəf əslində elə budur: inqilab sonrası Ermənistanın Rusiyaya deyil, Qərbə rəğbətinin olduğuna, Rusiya ilə Qərb arasında balansı gözlədiyinə “Sem dayı”nı inandırmaq. Alınacaqmı?
Çətin. Ona görə ki, Nikol Paşinyan hakimiyyətdə olduğu ötən 1 il 4 ayda Ermənistanı, vəd elədiyi kimi, Rusiya orbitindən uzaqlaşdırmağa nəinki cəhd etməyib, əksinə, moskvayönlü xarici siyasət kursunu daha da gücləndirib, hökumətin yeni proqramında Rusiya prioritet dövlət elan edilib, üstəlik, Kremlin diqtəsi ilə Suriyaya hərbi-humanitar missiya göndərməklə Vaşinqtonun kəskin reaksiyasına səbəb olub.
*****
Ən maraqlısı da odur ki, bu qəbildən siyasi reveranslara rəğmən, Paşinyan Moskvanın, konkret olaraq, prezident Vladimir Putinin hüsn-rəğbətini qazana bilməyib. Putin hələ də ona, yumşaq desək, ürək qızdırmır. Bunu eks-prezident, Paşinyanın qatı düşmənlərindən olan sabiq prezident, hazırda 1 mart 2008-ci il hadisələrinə görə həbsdə yatan Robert Köçəryana az öncə Putinin məxsusi ad günü təbriki göndərməsi bir daha sübut edir.
Bu, Paşinyanın iqtidarda olduğu müddətdə Kreml başçısının Köçəryana ünvanladığı ikinci təbrik idi. Halbuki Putin Nikol Paşinyanı baş nazir seçilməsi münasibətilə təbrik etməyi özünə rəva görməmişdi.
Yeri gəlmişkən, iki gün sonra - sentyabrın 12-də R.Köçəryanın ikinci dəfə həbsdən azad olunması gözlənilir. Hər halda, Ermənistanın məhkəmə-hüquq sistemində kök salmış rusiyayönlülər indi heç vaxt olmadığı qədər öz hədəflərinə yaxındır. Təxminən 1 ay sonra isə Putinin Ermənistana səfəri gözlənilir. Bəzi məlumatlara görə, Kremlin şərtlərindən biri səfərədək Köçəryanın azad edilməsi ilə bağlıdır. Böyük ehtimalla, o zaman Rusiya lideri İrəvanda Köçəryanla da görüşəcək. Bununla da Putin Paşinyana növbəti sürprizini edəcək.
*****
Bu arada Ermənistanın keçmiş müdafiə naziri, silahlı qüvvələrin keçmiş Baş Qərargah rəisi, adı 2008-ci il 1 mart hadisələrinin günahkarları siyahısında olan general-polkovnik Mikael Arutyunyanın ismi Rusiyada axtarılan şəxslər siyahısından çıxarılıb. Məlumatı “İnterfaks”a məlumatlı mənbə deyib (Virtualaz.org ). Arutyunyan keçən il MDB çərçivəsində dövlətlərarası axtarışa verilmişdi.
“Arutyunyan barədə 2008-ci il 1 mart hadisələri işi üzrə təqdim edilmiş materialların öyrənilməsindən sonra onun adı Rusiya ərazisində axtarışda olan şəxslər siyahısından çıxarılıb”, - mənbə deyib. Beləliklə, Arutyunyanı Rusiyada daha heç bir təhlükə gözləmir. Bundan əvvəl “İnterfaks”ı məlumatlandıran digər mənbə demişdi ki, Arutyunyanın Ermənistana verilməsi mümkün deyil. Çünki onun 2002-ci ildən Rusiya pasportu var.
Ermənistanın polis rəisi Valeri Osipyanın bildirdiyinə görə, Arutyunyan, həmçinin keçmiş prezident Serj Sərkisyanın qardaşı Levon və qohumu Ani Sərkisyan iyul ayından etibarən dövlətlərarası axtarışa verilib. Mikael Arutyunyanın Moskvada olduğu bəllidir. Bəzi məlumatlara görə, Sərkisyanın qohumu və qardaşı da Rusiyadadır.
“Yeni Müsavat” xatırladır ki, keçən ay Rusiya Baş Prokurorluğu Ermənistanda kriminal oliqarxiyanın nümayəndələrindən olan və Rusiyaya qaçıb sığınan Miqran Poqosyanın İrəvana təhvil verilməsi barədə Ermənistan Baş Prokurorluğunun vəsatətini rədd etmişdi.
Miqran Poqosyan “Panama ofşorları” qalmaqalından sonra diqqət mərkəzinə gəlmişdi. O zaman Poqosyan Ədliyyə Nazirliyinin Məhkəmə aktlarının məcburi icrası xidmətinə başçılıq edirdi. Bu da maraqlıdır ki, Rusiya Baş Prokurorluğunun imtina qərarı Rusiya Təhlükəsizlik Şurasının katibi Nikolay Patruşevin İrəvan səfəri başa çatandan dərhal sonra açıqlanmışdı...
*****
Belə görünür ki, Moskvanın İrəvana əsas sürprizləri hələ qabaqdadır, Putin “cücələr”i oktyabrda sayacaq. Məsələ həm də ondadır ki, Ermənistan hökuməti ilə Rusiya hökuməti arasında işğalçı ölkəyə satılan təbii qazın qiyməti ilə bağlı məsələ açıq qalır. Aydındır ki, qışın astanasında Paşinyan hökuməti Putini qəzəbləndirəcək manevrlərdən çəkinməyə çalışacaq. Ən önəmlisi, mavi yanacağın qəfil bahalaşması zəruri ərzaq məhsullarının bahalaşması demək olardı. Bunlar öz yerində. “Xalq baş naziri”nin Ermənistanın Rusiyadan güclü hərbi-siyasi və energetik asılılığı fonunda ABŞ-la münasibətləri necə yaxşılaşdıracağı çox maraqlıdır.
Blokadada olan Ermənistanın iqtisadiyyatında isə böhranlı durum davam edir. Yeni hökumətin bu yöndə Qərbdə maliyyə axtarışları artıq iflas olub. Ona görə ki, Qərb Rusiyanın satelliti və regionda yeganə forpostu olan vassal ölkəyə, “iki stul”da oturan Paşinyana böyük sərmayə vermək istəmir.
Söz düşmüşkən, ölkənin maliyyə naziri Tiqran Xaçaturyan xaricdə fəaliyyət göstərən erməni diplomatları ilə İrəvan görüşü zamanı bunu qəmli şəkildə etiraf edib. “Yeni Müsavat”ın “Qraparak” nəşrinə istinadən verdiyi məlumata görə, nazir iqtisadi durumun fəlakətli səviyyədə olduğunu söyləyib. O, diplomatları xaricdə ölkə üçün maliyyə axtarışı yönündə fəal olmağa səsləyib.
“Adambaşına düşən gəlir nöqteyi-nəzərindən biz indi lider səviyyədə olan dövlətlərdən təxminən 15 dəfə geriyik. Bizim istehsalımız Avropanın orta səviyyəli istənilən ölkəsindən 8 dəfə, Avrasiya İqtisadi Birliyinin lider ölkələrindən isə 2 dəfə aşağıdır. İqtisadiyyatın praktik olaraq, bütün sahələrində vəziyyət eynidir”, - deyə Xaçatryan qeyd edib.
Nazir əsas səbəb barədə danışmasa da, onu hamı yaxşı bilir - həlli uzanan Qarabağ məsələsi, bundan doğan blokada rejimi. Odur ki, Azərbaycan atalar məsəlində deyildiyi kimi, “Özü yıxılan ağlamaz...”
“Yeni Müsavat”
Paylaş:
Müəllif : Yazar
Tarix:10-09-2019, 09:57
Sikayət
loading...
Загрузка...
Oxşar Xəbərlər

Müəllif :
Yazar
Tarix:10-09-2019, 09:57
Sikayət
Загрузка...
Oxşar Xəbərlər
Xəbər lenti
Dünən, 22:01
Təyyarə qəzasında xəsarət alanlara 20 min, vəfat edənlərin ailəsinə isə 40 min manat kompensasiya ödəniləcək
Dünən, 11:29
Yevlax təhsilnə kefsiz baş çəkən komissiya oradan gülərüz ayrılıb - Yevlax təhsili batır
Dünən, 08:42
“Bu, bir alimin, bir ailənin məhvi deməkdir” – SOCAR-dakı işindən çıxarılan alim ETİRAZ EDİR
Dünən, 08:32
Natiq Sadiqovun “Shaurma №1” üzərindəki cinayətkar planı: aldatma və qeyri qanuni mənimsəmə
Dünən, 08:29
Nadir Aslanovun “görmədiyi“ qanunsuz tikilən 110 evin iziylə - Baş purokrorluğa müraciət...
25-12-2024, 17:50
Cenub Elektrik Stansiyasin sahəsində balıq gölləri - Baba Rzayev hara baxır? İDDİA/FOTOFAKT
25-12-2024, 12:45