reklam
Regionxeberlericom.az » Siyasət » İRAN NİYƏ QONŞULARINI BOMBALAYIR ?

reklam

İRAN NİYƏ QONŞULARINI BOMBALAYIR ?














Dünən gecə İran qonşusu Pakistanı bombalamağa başladı. Tehranın bu hərəkəti dünya ölkələrində olduqca həyacanlı qarşılandı. Çünki İran 1 gün əvvəl digər qonşusunu - İraqın da ərazisini bombalamışdı. İran tərəfi yaydığı bəyanatda İraqda həyata keçirdiyi bombardamanı Kirman teroruna cavab olaraq etdiyini bildirib. Pakistanda isə İsraillə işbirliyində olan və İrana qarşı təxribataları hazırlayan qrupların olduğunu və bombardmanın məhz onlara qarşı keçirildiyini açıqlayıb. Ancaq rəsmi Tehran nədənsə öldürülən günahsız insanlardan bəhs etməyib. Həm İraqda, həm də Pakistana hücum zamanı xeyli sayda günahsız insanların öldürülməsi barədə yerli hökumətlərin məlumatı var. İranın bu davranışı barədə xeyli maraqlı məqamlar var. İlk öncə İran İraq ərazisində keçirdiyi əməliyyatı niyə yerli kürd hökumətinin idarə etdiyi ərazidə keçirdi ? Bu bölgə hazırda Barzani əşirətinin idarəsindədir. İranın qədimdən Barzanilərlə arasının soyuq olduğu bilinən bir gərçəkdir. Molla rejimi hələ də Molla Mustafa Barzanin Sovet KQB - nin dəstəyi ilə " Mahabad Kürd Cumhuriyyəti " adlı dövlət qurmasını unutmayıblar. Qeyd edim ki, Barzanilər İranın Barzan bölgəsindəndir və İran kürdlərinin müstəqilliyində maraqlıdırlar. Buna görə də İran bu bölgədə Barzanilərə qarşı onların əsas rəqibi olan Talabani əşirətini dəstəkləyir. Hazırda bölgənin lideri Molla Mustafa Barzanin oğlu Məsud Barzanidir. Yerli hökumətin rəhbəri isə Molla Mustafanın nəvəsi, Məsudun qardaşı oğlu Nəçirvan Barzanidir. Barzanilərin bölgədə ən yaxın olduğu ölkə Türkiyədir. Talabanilərin ən tanınmış lideri isə 2005 - 2014 - cü illərdə İraq prezidenti olmuş Cəlal Təlabanidir. Cəlal Təlabani İraqın ərəb olmayan ilk dövlət başçısıdır. 2014 - cü ildə Cəlal Talabani vəfat etdikdən sonra Talabani əşirətinin başına onun böyük oğlu Bafel Talabani keçmişdir. İranın anidən bu bölgəni hədəfə alması, hətta yerli hökumətin mərkəzi sayılan Ərbildəki ABŞ konsulluğunu darmadağın etməsi də maraqlı məqamdır. Görünür ki, rəsmi Tehran Kirman terorunun təşkilində İraqın şimalındakı yerli kürd hökumətini ittiham edir və bunun arxasında ABŞ - ın dayandığına inanır. İran bununla bağlı nəyə istinad edir bu da maraqlı məsələdir. İranın Pakistanı bombalaması isə dünyanı həyacanlandıran bir hadisə oldu. Hər 2 dövlətin nüvə silahına malik olduğunu nəzərə alsaq bu həyacanı anlamaq olar. İran Pakistanı öncədən xəbərdar etdiyini desə də bu hadisə Pakistan rəsmilərinin kəskin tənqidinə səbəb oldu. Pakistan ordu komandanlığı dərhal iclas keçirərək İrana qarşı addımları müzakirə etdi. Maraqlıdır, Pakistan İrana qarşı hansı addımları ata bilər ? Ağla gələn ilk variant bu bombardmanda əli olan hansısa yüksək rütbəli İran generalı Pakistanın keçirdiyi əməliyyatla məhv etməsidir. İkinci variant isə Pakistan SEPAHA məxsus hansısa hərbi bazanı vurma ehtimalıdır. Üçüncü variant isə Pakistan sadəcə diplomatik etirazla kifayətlənə bilər. Çinin tərəfləri sakitləşdirmək cəhdlərinin nəticə verib - verməyəcəyi də başqa bir məsələdir. Çin olduqca böyük oyuna girib. Əgər heç bir nəticə əldə edə bilməsə bu rəsmi Pekinin nüfuzuna olduqca mənfi təsir göstərəcək. Yox əgər müsbət nəticə əldə edə bilsə Çin bölgənin əsas güc sahib olduğunu ortaya qoymuş olacaq. Yaxın vaxtlarda bölgədə suların daha da isinəcəyi şübhə doğurmur. Bölgə görəsən yeni toqquşmalara hazırdırmı ? Bunu zaman göstərəcək.

Zeynal Əmrəliyev




Paylaş:


Müəllif : Tarix:
18-01-2024, 09:27
Sikayət   


loading...
Загрузка...

Oxşar Xəbərlər