reklam
Regionxeberlericom.az » Siyasət » “Yaxın Şərq münaqişəsinin iki dövlət əsasında həlli mümkündür” – Bayden

reklam

“Yaxın Şərq münaqişəsinin iki dövlət əsasında həlli mümkündür” – Bayden


















ABŞ Prezidenti Co Bayden İsrail Baş naziri Benyamin Netanyahunun rəhbərlik etdiyi hazırkı İsrail rəhbərliyi altında Fələstin-İsrail münaqişəsinin iki dövlət əsasında həllinin mümkünlüyünü etiraf edib.

O, bunu Ağ Evdə Amerikanın bir sıra şəhərlərinin merləri ilə danışdıqdan sonra jurnalistlərin suallarını cavablandırarkən deyib.

Amerika liderinə Netanyahu hakimiyyətdə olarkən münaqişənin iki dövlət əsasında həllinə nail olmaq mümkün olub-olmayacağı ilə bağlı sual verilib. ABŞ Prezidenti isə İsrailin baş nazirinin iki dövlətli həllə qarşı olmadığını vurğulayıb. O, həmçinin əlavə edib ki, bu məsələni yanvarın 19-u səhər saatlarında Netanyahu ilə telefonla müzakirə edib.

Netanyahunun iki dövlət həlli ilə bağlı mövqeyini nəzərə alaraq Vaşinqtonun İsrailə yardımı yenidən müzakirə etmək niyyətində olub-olmadığı ilə bağlı suala isə Bayden cavab verib ki, Birləşmiş Ştatlar bu məsələdə nəsə edə bilər.

“İki dövlətli həll üçün bir neçə variant var. Bir sıra ölkələr var ki, BMT-nin üzvüdür, lakin hələ də öz silahlı qüvvələri yoxdur. Buna görə də hesab edirəm ki, müzakirə olunacaq variantlar var”, - ABŞ Prezidenti bildirib.




Paylaş:


Müəllif : Tarix:
20-01-2024, 11:28
Sikayət   


loading...
Загрузка...

Oxşar Xəbərlər