reklam
Regionxeberlericom.az » Siyasət » Rəisi sabah Türkiyəyə gedir

reklam

Rəisi sabah Türkiyəyə gedir

















İran Prezidenti İbrahim Rəisinin sabah Türkiyəyə səfəri gözlənilir.

“RİA Novosti” Ankaradakı diplomatik mənbəyə istinadən Türkiyə və İran Prezidentləri Rəcəb Tayyib Ərdoğanla İbrahim Rəisinin görüş zamanı müzakirə edəcəyi mövzuları açıqlayıb. 

Mənbənin sözlərinə görə, liderlər görüş zamanı Qəzza zolağında atəşkəsə və girovların azad edilməsinə nail olunması ilə bağlı addımları müzakirə edəcəklər. Bu xüsusda, Qəzzadakı vəziyyət və bu istiqamətdə atılması mümkün olan addımlar əsas müzakirə mövzusu olacaq. 

Xatırladaq ki, İran Prezidentinin bundan əvvəl Türkiyəyə səfəri 2 dəfə təxirə salınıb. Belə ki, İran lideri ilk olaraq ötən ilin noyabrında səfərə hazırlaşsa da, bu yanvarın 4-nə keçirilib. Lakin İran Prezidentinin səfərindən bir gün əvvəl Kirmanda terror aktı baş verib və səfər baş tutmayıb.




Paylaş:


Müəllif : Tarix:
23-01-2024, 12:23
Sikayət   


loading...
Загрузка...

Oxşar Xəbərlər