GUAM ölkələri AŞPA-nın ölkəmizə qarşı qərəzinə niyə SƏSSİZ QALDILAR? - Dar gündə tanınan “DOST”LAR
Avropa Şurası Parlament Assambleyasının bədnam 24 yanvar qərarı təkcə ölkəmizə qarşı qərəz və qısqanclığın göstəricisi deyildi. Bu həm də beynəlxalq hüququ ayaqlar altına atmaq demək idi. Çünki korporativ maraqlar üçün AŞPA kimi bir qurumu alət etmək heç bir qanuna və dəyərlərə sığmır.
“Dostlarımız”
24 yanvar qərarı əslində AŞPA-nın iç üzünü açıb göstərdi. Bu addım həm də Azərbaycana imkan verdi ki, dostu düşməndən ayırsın. Çünki üzdə Azərbaycana “dost-qardaş” deyən dövlətlər bəzi həssas məqamlarda o qədər də səmimi olmayıblar. Bu dəfə də belə oldu. Bəzi dövlətlər AŞPA-nın müzakirələrində və yekun səsvermədə nəinki Azərbaycanı müdafiə etmədi, əksinə qərəzli layihənin lehinə səs verdilər.
Bəzi dövlətlərsə müşahidəçi mövqeyində dayandılar. Məsələn, Gürcüstan, Ukrayna və Moldovanın səsvermədə iştirak etməməsi heç cür anlaşılan deyil. Çünki hər 3 ölkə Azərbaycanla ortaq keçmişə malikdir və ölkələrimiz son 30 ildə bir sıra layihələrdə eyni mövqedən çıxış ediblər. Hətta bu ölkələri birləşdirən bir platforma – GUAM var.
Azərbaycansız “yaşaya bilməyən” Gürcüstan
Bu gün Gürcüstanın ayaqda qalmasında Azərbaycanın əvəzsiz rolu var. Azərbaycanın moderator olduğu Bakı-Tiflis-Qars, Bakı-Tiflis-Ərzurum və Bakı-Tiflis-Ceyhan layihələrində Gürcüstan əsas oyunçulardan biri kimi çıxış edib.
Bundan əlavə Azərbaycan Gürcüstana dünya bazarından xeyli ucuz qiymətə neft və qaz satır. Gürcüstanın dövlət büdcəsinin formalaşmasında Azərbaycan şirkətlərinin, xüsusən də SOCAR-ın böyük payı var. Yəni, Azərbaycan Gürcüstana edə biləcəyindən artığını edib.
Ukrayna da oxşar addımı atdı
AŞPA-nın Azərbaycana qarşı qərəzli və ədalətsiz qərarına loyal münasibət bəsləyən ölkələrdən biri də Ukrayna oldu. Halbuki, 2 ilə yaxın davam edən müharibədə Ukraynaya təmənnasız yardım edən ölkələrdən biri məhz Azərbaycandır.
Eyni zamanda, Azərbaycan yardımları Avropa dövlətləri kimi siyasi məqsədər üçün etməyib. Azərbaycanın təmənnasız və dost münasibətini sübut edən faktlardan biri Volodimir Zelenskinin Azərbaycanın siyasi rəhbərliyinə göndərdiyi çoxsaylı təşəkkür məktublarıdır.
Ukrayna ABŞ-dan yardımı qətiyyətlə tələb edir. Çünki Ukraynanı Rusiyanın pəncəsi altına atan ABŞ-dır. Bu fikir Almaniya, Fransa və digər Avropa ölkələrinə də şamil edilə bilər. Amma Azərbaycan heç bir yardımı təmannalı etməyib və Ukraynanı müharibəyə, insan qırğınına sövq etməyib. Təəssüflər olsun ki, bu ölkənin deputatlarının mütləq əksəriyyəti öz xəcalətlərini gizlətmək üçün səsvermədə iştirak etmədilər.
Ortada qalan Moldova
Separatizmdən əziyyət çəkən və iqtisadi problemlərin məngənəsində sıxılan Moldova da Azərbaycana qarşı səmimi olmadığını göstərdi. Baxmayaraq ki, təkcə GUAM-da yox, həm də bir çox platformalarda Moldova Azərbaycanla vahid maraqlardan çıxış edib. Azərbaycan son 30 ildə Moldovaya hər zaman iqtisadi və siyasi dəstək verib.
Amma indiki həssas məqamda Azərbaycana qarşı başladılan qərəz və çirkab kampaniyasına laqeyd qalan Moldovanın mövqeyi başadüşülən deyil.
Digər tərəfdən, Gürcüstan, Ukrayna və Moldova da Azərbaycan kimi separatizmdən əziyyət çəkir. Gürcüstanın Abxaziya və Cənubi Osetiya, Ukraynanın Krım, Donetsk və Luqansk , Moldovanınsa Dnestryanı bölgə problemi var. Hər 3 ölkə uzun illərdir ki, öz ərazi bütövlüklərini və suveren hüquqlarını bərpa edə bilmir.
Bununla belə hər 3 dövlət AŞPA-nın Azərbaycanda separatizmin alovlanmasına yönəlik təşəbbüslərinə bitərəf qaldılar.
Bu da onu göstərir ki, istər Gürcüstan, istər Ukrayna, istərsə də Moldova xarici siyasətdə müstəqil deyillər. Onlar istənilən məsələdə Qərbdən gələcək sifarişi gözləyirlər.
Bu da təsadüfi deyil.
Çünki bir neçə ay qabaq Avropa İttifaqı bəyan etdi ki, Gürcüstan, Ukrayna və Moldovanın Aİ-yə üzvlük məsələsinə baxıla bilər. Hətta bu istiqamətdə hər 3 dövlətlə ilkin danışıqlar başlandı. Bundan iştahlanan üçlük Qərbin istənilən təklifinə “baş üstə” deməyə hazır olduqlarını göstərdilər.
Ona görə də Gürcüstan, Ukrayna və Gürcüstan nümayəndələri AŞPA-nın 24 yanvar yığıncağında iştirak etsələr də səsvermədən boyun qaçırdılar.
Yada salaq ki, Aİ üzvlüyü məsələsi ortaya çıxandan sonra Gürcüstanın mövqeyi xeyli dəyişib.
Məsələn, 44 günlük müharibə zamanı Gürcüstan Ermənistana hərbi texnika daşına biləcək bütün yerüstü və hava yollarını bağladı. Amma 3 ay qabaq Fransadan Ermənistana göndərilən hərbi texnikaya Gürcüstan “yaşıl işıq” yandırdı. Bundan başqa Azərbaycanın təklif etdiyi 3+3 iqtisadi platformasına qarşı çıxan tək region dövləti Gürcüstan oldu.
Bütün bunlarsa onu göstərir ki, Qərbin şirin vədləri Gürcüstan, Ukrayna və Moldovanın gözünü bağlayıb. Yaxın gələcəkdə bu ölkələrdən Azərbaycana qarşı daha xoşagəlməz addımlara belə şahidlik edə bilərik.
Amma Azərbaycanla münasibətlərin korlanması həmin ölkələri Qərbə yaxınlaşdırmayacaq. Çünki Aİ iqtisadi cəhətdən zəif ölkələrin İttifaqa üzv olmasında maraqlı deyil. Əksinə, bu cür davranış regional təhlükəsizliyə yeni təhdidlər yaradacaq.
Halbuki, hər 3 ölkə GUAM çərçivəsində daha aktiv rol oynasaydılar, bundan daha çox qazanclı çıxardılar.
O zaman, həm Qərb, həm də Rusiya GUAM-ı regional güc kimi qəbul edərdi. Bundan bütün üzv dövlətlər qazanclı çıxardı. Amma indiki mövqe Gürcüstan, Ukrayna və Moldovaya yaxşı heç nə vəd eləmir.
Göründüyü kimi, əsl dost dar gündə tanınar. AŞPA-nın qərəzli addımı da bizə əsl dostlarımızla, özünü “dost” adlandıranları ayırd etməyə imkan verdi.
Surxay Atakişiyev, Bizim.Media
Paylaş:
Müəllif : Yazar
Tarix:29-01-2024, 17:32
Sikayət
loading...
Загрузка...
Oxşar Xəbərlər