reklam
Regionxeberlericom.az » Siyasət » Ermənistan Araz çayına göz dikdi

reklam

Ermənistan Araz çayına göz dikdi


Ermənistan hər il beş ay ərzində Araz çayından su götürəcək.

Ermənistan mediasının məlumatına görə, bu barədə hökumətin fevralın 1-də keçirilən iclasında bildirilib.

Məlumata görə, hökumət Axuryan hövzəsində qrunt sularının səviyyəsinin azalmasının nəticələrini yumşaltmaq barədə qərar qəbul edib. Buna nail olmaq üçün Araz çayından Metsamor atom elektrik stansiyasına (AES) suyun vurulması təklif olunub.

Qərarın əsaslandırılmasında göstərilib ki, suyun səviyyəsinin aşağı olması və iqlim dəyişikliyinin yeraltı su ehtiyatlarına təsiri nəticəsində su ehtiyatının balanslaşdırılmış ekoloji vəziyyətinin pozulması, həmçinin mövcud artezian horizontlarının və çayda suyun azalması müşahidə olunur. Bu isə regionda su ehtiyatlarının tükənməsinə səbəb ola bilər.

Araz çayından hər il noyabrın 1-dən növbəti ilin martın 31-dək suyun Metsamor AES üçün götürülməsi təklif olunub.




Paylaş:


Müəllif : Tarix:
1-02-2024, 15:40
Sikayət   


loading...
Загрузка...

Oxşar Xəbərlər