Müsavat YAP-la Dəyirmi Masaya niyə qatılmayıb? – Arif Hacılı səbəbini açıqladı
Yeni Azərbaycan Partiyasının qərargahında iqtidar və müxalifətin iştirakı ilə “Azərbaycandakı siyasi proseslərə xarici müdaxilələrin yolverilməzliyi”mövzusunda dəyirmi masa keçirilir.
Toplantıda Yeni Azərbaycan Partiyası (YAP) sədrinin müavini-icra katibi, Baş nazirin müavini Əli Əhmədov, Azərbaycan Demokrat Partiyasının sədri Sərdar Cəlaloğlu, Azərbaycan Xalq Partiyasının sədri Pənah Hüseyn, Bütöv Azərbaycan Xalq Cəbhəsi Partiyasının sədri Qüdrət Həsənquliyev, Ana Vətən Partiyasının sədri Fəzail Ağamalı, Böyük Quruluş Partiyasının sədri Fazil Mustafa, Azərbaycan Milli İstiqlal Partiyasının sədr əvəzi Arzuxan Əlizadə, Vətəndaş və İnkişaf Partiyasının sədri Əli Əliyev, AĞ Partiyanın sədri Tural Abbaslı iştirak edirlər.
Müsavat Partiyasının başqanı Arif Hacılıya dəvət göndərilsə də, o, dəyirmi masaya qatılmayıb.
Dəyirmi masaya qatılmaması ilə bağlı Modern.az-a danışan Müsavat başqanı Arif Hacılı bildirib ki, tədbirin adının qeyri-müəyyənliyi və formatı onları qane etməyib:
“Əsas məsələ odur ki, xarici müdaxilə nə deməkdir?! Burada nəyin nəzərdə tutulduğu aydın deyil. Eyni zamanda, tədbirdə iştirak edən partiyalar, təşkilatlar həmçinin, format bizi qane etmədiyindən iştirak etmədik”.
“Növbəti dialoq keçirildiyi təqdirdə dəvət olarsa, qatılarsınızmı” sualına Arif Hacılı belə cavab verib: “Müsavat Partiyasının bu məsələyə konseptual yanaşması ondan ibarətdir ki, biz ümummilli məsələlərin müzakirələrində real siyasi qüvvələrlə müzakirələr aparmağa hazırıq. Bu, hakimiyyət və müxalifət partiyaları da ola bilər. Ancaq hər hansı qeyri-müəyyən məzmunda, qeyri-müəyyən tərkibdə keçirilən tədbirlər bizim fikrimizcə səmərəsizdir”. (Azpost)
Paylaş:
Müəllif : Redaktor
Tarix:11-09-2019, 13:57
Sikayət
loading...
Загрузка...
Oxşar Xəbərlər

Müəllif :
Redaktor
Tarix:11-09-2019, 13:57
Sikayət
Загрузка...
Oxşar Xəbərlər
Xəbər lenti
Bu gün, 12:40
Şəhid anasının gözünün yaşına məhəl qoymayan icra başçısı, rayonun digər ərazilərində "Bazar açıb" - VİDEO
Bu gün, 12:38
“Bilsəydim ki, bu ölkədə yekun qərarı Ali Məhkəmə deyil, Əmlak Komitəsi verir, məhkəməyə üz tutmazdım” – ŞOK MÜRACİƏT
27-12-2024, 11:23
Təkcə müəllimlərdən yığılan 32 milyon manat: Həmkarlar İttifaqı bu pulu hara xərcləyir?
27-12-2024, 09:39