Blinken Yaxın Şərqə səfər edəcək – 5-ci dəfə
ABŞ dövlət katibi Antoni Blinken Fələstin-İsrail münaqişəsinin qızışmasından sonra 4-8 fevral tarixlərində 5-ci dəfə Yaxın Şərqə səfər edəcək.
Bu barədə Dövlət Departamentinin mətbuat xidmətinin yaydığı məlumatda deyilir.
Sənəddən məlum olduğu kimi, Blinken Səudiyyə Ərəbistanı, Misir, Qətər, İsrail, eləcə də, İordan çayının qərb sahilinə səfər edəcək.
Məlumatda bildirilir ki, ABŞ dövlət katibi Fələstinin HƏMAS hərəkatı tərəfindən saxlanılan bütün girovların azad edilməsini təmin edəcək razılaşma əldə etmək üçün diplomatik səyləri davam etdirmək, həmçinin, Qəzza zolağına yardım üçün döyüşlərdə humanitar fasilə yaratmaq niyyətindədir.
“Blinken münaqişənin böyüməsinin qarşısını almaq üçün fəaliyyətini davam etdirəcək, həmçinin, ABŞ-nin hərbi personalını qorumaq və Qırmızı dənizdə naviqasiya azadlığını təmin etmək öhdəliyini bir daha təsdiq edəcək”, - deyə məlumatda bildirilib.
Dövlət katibi həmçinin, ABŞ tərəfdaşları ilə Yaxın Şərq, xüsusilə də israillilər və fələstinlilər üçün təhlükəsizlik məsələlərini müzakirə edəcək.
Paylaş:
Müəllif : Fuad
Tarix:3-02-2024, 12:47
Sikayət
loading...
Загрузка...
Oxşar Xəbərlər