“Etibar Məmmədov Əli İnsanovdan xahiş etsə...” – Reaksiya
Azərbaycan Milli İstiqlal Partiyasının (AMİP) lideri Etibar Məmmədovun aktiv siyasətə qayıdacağı ilə bağlı yayılan xəbərlərdən sonra sosial şəbəkələrdə bu məsələ barədə müzakirələr başlayıb. Mövzu ilə bağlı siyasi şərhçi Azər Rəşidoğlu rəy bildirib.
- Etibar Məmmədovun aktiv siyasətə qayıdacağı ilə bağlı xəbərlər yayılır. Lakin hələ ki, AMİP lideri bu məlumatlara reaksiya verməyib. Sizcə,onun sükutunun səbəbi nədir?
- Kimlərsə ictimai fikri zondaj edirdi və əmin oldu ki, ictimai rəy Məmmədovun xeyrinə deyil. Heç kəs "Etibar bəy, bizi xilas elə" deməyəcək. Etibar Məmmədov bir keçmişdir və onun yenidən böyük siyasətə qayıdışı imkansızıdır. Şəxsən mən inanmıram ki, o, biznesini qoyub, siyasətə gəlsin.
Milli Azadlıq Hərəkatındakı xidmətlərinə baxmayaraq, AMİP-in mənəvi lideri bir regionçu siyasətçi kimi tanınır. O, ən yaxşı halda Əli İnsanovun yanında dayana bilər. Hərəkat iştirakçıları onun "Gəncə hadisələri" zamanı tutduğu mövqeyə görə bağışlamayacaqlar. Digər tərəfdən, artıq yeni gənclik formalaşıb. Məmmədov kimi hikkəli, təkəbbürlü və özünə məftun siyasi liderlərə daha yer yoxdur.
- Etibar Məmmədovun yenidən aktiv siyasətlə məşğul oması Azərbaycanın siyasi səhnəsində canlanmaya səbəb ola bilərmi?
- Cənab Hüsənlinin siyasətə qayıdışı heç bir canlanmaya səbəb ola bilməz. Ən yaxşı halda onun bəzi sabiq tərəfdarları, Qərbi Azərbaycandan olan və indiki hakimiyyətdən narazı olan azsaylı simalar fəallaşa bilər və bu da heç bir önəm kəsb etməyəcək. Etibar Məmmədov siyasətdən kənardadır və istəsə belə siyasətdə böyük uğur qazana bilməz. Bir daha vurğulayıram ki, o, əgər Əli İnsanovdan xahiş eləsə, sabiq nazir bu xahişi qəbul edərsə, onun yanında dayana bilər.
- Sizcə, Etibar Məmmədov aktiv siyasətlə məşğul olacağı təqdirdə hazırki müxalifətlə əməkdaşlıq edəcək?
- Etibar Məmmədov heç vaxt heç kəsə qoşulmayıb və hikkə ilə “siz gəlin mənə qoşulun” deyib. Ona kim qoşulacaq ki? O, İsa Qəmbərə də, digər müxalifət liderlərinə də nifrət edir. Bu nifrətlə siyasətə qayıtmasa daha yaxşıdır.
- Etibar Məmmədovun siyasətə qayıdacağı ilə bağlı xəbərlər onunla eyni regiondan olan Əli İnsanov faktoru ilə bağlı ola bilərmi? Belə mülahizələr var ki, bu, indidən Əli İnsanova dəstək verə biləcək elektoratı Etibar Məmmədova yönəltmək cəhdidir.
- Əli İnsanov Etibar bəydən daha sanballı simadır. Onları müqayisə etmək yanlışdır. İnsanovu güclü maliyyəsi olan yerliləri müdafiə edir. Etibar Məmmədov isə sıradan bir “ermənistanlı”dır. Odur ki, onun imkanlarını bu dərəcədə şişirtməyə də ehtiyac yoxdur.
- AMİP Siyasi Şurasının üzvü Əli Orucov bildirib ki, xalq tələb edəcəksə, Etibar Məmmədov aktiv siyasətə qayıtmaq barədə düşünə bilər. Sizcə, xalqın belə tələbi ola bilərmi?
- Xalq bir dəfə belə tələb edib və sonra tövbə edib. Qeyri-ciddi arzudur. Bu, səhrada su axtarmaq cəhdidir. Heç kəs Etibar Məmmədova yalvarmağa hazırlaşmır. Qoy, elə öz biznesi ilə məşğul olsun. Nə özünə, nə xalqa əziyyət verməsin.(Yeni Sabah)
Paylaş:
Müəllif : Redaktor
Tarix:11-09-2019, 16:15
Sikayət
loading...
Загрузка...
Oxşar Xəbərlər

Müəllif :
Redaktor
Tarix:11-09-2019, 16:15
Sikayət
Загрузка...
Oxşar Xəbərlər
Xəbər lenti