reklam
Regionxeberlericom.az » Siyasət » Rəsmi Bakı Rusiya səfirinin sülhməramlılarla bağlı dediklərini şərh edib

reklam

Rəsmi Bakı Rusiya səfirinin sülhməramlılarla bağlı dediklərini şərh edib


















Xəbər verdiyimiz kimi, Rusiya Federasiyasının ölkəmizdəki səfiri Mixail Yevdokimov “İzvestiya” qəzetinə müsahibəsi zamanı, Rusiyanın sülhməramlı kontingenti ilə bağlı Moskva və Bakı arasında danışıqların növbəti raundunun tarixlərinin Azərbaycan Xarici İşlər Nazirliyi ilə razılaşdırılma mərhələsində olduğunu bildirib.

Azərbaycan Xarici İşlər Nazirliyi məsələyə münasibət bildirib.

“Məlum olduğu kimi, Azərbaycan Respublikasının Prezidenti, Ermənistan Respublikasının baş naziri və Rusiya Federasiyasının Prezidentinin 10 noyabr tarixli bəyanatına əsasən, Rusiya Federasiyasının sülhməramlı kontingentinin Azərbaycan Respublikasında qalma müddəti 2025-ci ildə yekunlaşır.

Azərbaycan tərəfindən ötən il bölgədə həyata keçirilmiş anti-terror tədbirlərindən sonra, sülhməramlı kontingentin gündəlik fəaliyyəti, onların müxtəlif ehtiyacları ilə bağlı mütəmadi görüşlər keçirilməsi və müzakirələr aparılması ehtiyacı yaranmışdır.

Bununla yanaşı, sülhməramlıların yerləşdiyi ərazilərimizdə Ermənistan silahlı qüvvələri tərəfindən son 3 il ərzində genişmiqyaslı minalanma fəaliyyəti aparıldığı və ərazidə partlamamış hərbi sursat problemi nəzərə alınaraq, bu təhdidlərin aradan qaldırılması istiqamətində birgə səylərin həyata keçirilməsi üzrə məsləhətləşmələr aparılması zərurəti mövcuddur”, - qurumun rəsmi saytında Mətbuat xidməti idarəsinin rəisi Ayxan Hacızadənin dilindən verilən şərhdə bildirilir.




Paylaş:


Müəllif : Tarix:
13-02-2024, 15:44
Sikayət   


loading...
Загрузка...

Oxşar Xəbərlər