reklam
Regionxeberlericom.az » Siyasət » Aİ səfirləri Ukraynaya milyardlarla avro ayrılmasını nəzərdə tutan sənədi razılaşdırdılar

reklam

Aİ səfirləri Ukraynaya milyardlarla avro ayrılmasını nəzərdə tutan sənədi razılaşdırdılar

















Avropa İttifaqı (Aİ) ölkələrinin səfirləri Ukraynaya 50 milyard avro məbləğində yardım göstərilməsi üçün lazım olan sənədləri razılaşdırıblar.

Razılaşdırılmış mətn indi Avropa Parlamentindən təsdiq almalıdır. Kiyevin bu vəsaiti martın əvvəlindən almağa başlayacağı gözlənilir.

Xatırladaq ki, fevralın 1-də Aİ-yə üzv ölkələrin liderləri Brüsseldə keçirilən sammitdə Kiyevə növbəti 4 il üçün 50 milyard avro məbləğində uzunmüddətli büdcə yardımının ayrılmasını təsdiqləyiblər ki, bu da Ukrayna üçün büdcə vəsaitinin 2023-cü illə müqayisədə 1,5 dəfə azaldılması deməkdir.

Mənbələrin verdikləri məlumata görə, Brüssel 2023-cü ilin dekabrında bu yardım paketini bloklayan Macarıstanın Baş naziri Viktor Orbanın əsas tələbini yerinə yetirməyə razılaşıb. Belə ki, Kiyevə ödənişlər avtomatik olmayacaq, Aİ liderləri Kiyevin Brüsselin bütün şərtlərini yerinə yetirdiyinə nəzarət edərək, illik əsasda bu ödənişləri yenidən qiymətləndirməli və yenidən təsdiq etməlidir.

Mənbə: “Financial Times”




Paylaş:


Müəllif : Tarix:
15-02-2024, 15:54
Sikayət   


loading...
Загрузка...

Oxşar Xəbərlər