reklam
Regionxeberlericom.az » Siyasət » Yeni ədliyyə naziri kimdir? - DOSYE

reklam

Yeni ədliyyə naziri kimdir? - DOSYE


Xəbər verdiyimiz kimi Prezident İlham Əliyevin Sərəncamı ilə Fərid Turab oğlu Əhmədov Azərbaycan Respublikasının ədliyyə naziri təyin edilib. 

Yeni ədliyyə naziri - Fərid Əhmədov kimdir? 

Onunla bağlı dosyeni təqdim edirik:

Fərid Turab oğlu Əhmədov 1979-cu ilinin 14 iyulunda Bakıda anadan olub. 1996-cı ildə Bakı şəhəri 43 saylı liseyi bitirib.

Bakı Dövlət Universitetinin Beynəlxalq hüquq fakültəsində bakalavr və magistr təhsili alıb. Daha sonra, 2002–2003-cü illərdə Böyük Britaniyanın Esseks Universitetində, "British Chevening" təqaüdü ilə beynəlxalq insan hüquqları üzrə magistr təhsilini davam etdirib.

Fərid Əhmədov 2004-cü ildə AMEA-nın Fəlsəfə və Hüquq İnstitutunun aspirantı olub, 2009-cu ildə Azərbaycan Respublikası Prezidenti yanında Ali Attestasiya Komissiyasının qərarı ilə hüquq üzrə fəlsəfə doktoru elmi dərəcəsinə layiq görülüb. 2016-cı ildə Oksford Universitetində hüquq elmləri üzrə fəlsəfə doktorluğu elmi dərəcəsi alıb.

Azərbaycan, rus və ingilis dillərini bilir. Ailəlidir, üç övladı var.

2004–2008-ci illərdə Bakı Dövlət Universitetində, 2009–2011-ci illərdə seminar müəllimi kimi Oksford Universitetində, 2011–2014-cü illərdə isə baş müəllim kimi "ADA" Universitetində hüquq sahəsi üzrə elmi-pedaqoji fəaliyyətlə məşğul olub. Əmək fəaliyyətinə 2000-ci ildə "Ədalət" hüquq şirkətində hüquqşünas kimi başlamış və 2004-cü ilə kimi burada fəaliyyət göstərib.

2004–2006-cı illərdə Azərbaycan Respublikasının Konstitusiya Məhkəməsinin Beynəlxalq Hüquq şöbəsində böyük məsləhətçi, 2006–2007-ci illərdə Azərbaycan Respublikasının Milli Məclisinin İnzibati və hərbi qanunvericilik şöbəsində məsləhətçi vəzifəsində çalışıb.

2007–2008-ci illərdə "LegCon Group" hüquq şirkətində baş hüquqşünas kimi fəaliyyətini davam edib, 2014-cü ildə "BM Morrison Partners" hüquq şirkətində Məhkəmə təcrübəsinin rəhbəri vəzifəsini tutub. 2015–2017-ci illərdə Azərbaycan Universitetinin rektoru, 2017–2020-ci illərdə "Bakı Beynəlxalq Dəniz Ticarət Limanı" QSC-də baş direktorun müavini vəzifəsində çalışıb.

12 mart 2021-ci ildə Rəqəmsal İnkişaf və Nəqliyyat nazirinin müşaviri, 24 may 2022-ci ildə isə Rəqəmsal İnkişaf və Nəqliyyat nazirinin müavini təyin olunub. 2011-ci ildən rektor təyin olunduğu tarixədək “ADA” Universitetində, daha öncə isə Milli Məclisdə və Konstitusiya Məhkəməsində çalışıb.

F.Əhmədovun Prezident İlham Əliyevin ADA Universitetində beynəlxalq münasibətlər ixtisası üzrə təhsil alan oğlu Heydər Əliyevin müəllimi olduğu bildirilir. 




Paylaş:


Müəllif : Tarix:
27-02-2024, 12:31
Sikayət   


loading...
Загрузка...

Oxşar Xəbərlər