reklam
Regionxeberlericom.az » Siyasət » ABŞ-də daha bir namizəd prezidentlik yarışından çəkildi

reklam

ABŞ-də daha bir namizəd prezidentlik yarışından çəkildi


















ABŞ Nümayəndələr Palatasının üzvü Din Fillips (Demokrat - Minnesota ştatı) prezidentlik yarışını tərk etdiyini açıqlayıb.

O, bu barədə “X” sosial şəbəkə hesabında məlumat yayıb.

“Mən seçki kampaniyamı dayandırıram və ABŞ Prezidenti Co Baydenə dəstək verirəm”, - deyə siyasətçi bildirib.

Qeyd edək ki, Din Fillips 2023-cü il oktyabrın sonunda Baydenə rəqib kimi Demokratlardan prezidentliyə namizəd olmağı qərara aldığını açıqlayıb.

Ancaq hazırda Demokratlar Partiyasının Baydeni prezidentliyə namizəd kimi rəsmən irəli sürməsi məsələsi faktiki olaraq həll olunub.

Qeyd edək ki, ABŞ-də növbəti prezident seçkiləri noyabrın 5-də keçiriləcək.




Paylaş:


Müəllif : Tarix:
7-03-2024, 17:54
Sikayət   


loading...
Загрузка...

Oxşar Xəbərlər