reklam
Regionxeberlericom.az » Siyasət » Azərbaycan Moldova ilə gömrük sahəsində əməkdaşlıq bəyannaməsi imzalayıb

reklam

Azərbaycan Moldova ilə gömrük sahəsində əməkdaşlıq bəyannaməsi imzalayıb


Azərbaycanın Dövlət Gömrük Komitəsi (DGK) və Moldovanın Gömrük Xidməti arasında ikitərəfli əməkdaşlığa dair Birgə Bəyannamə imzalanıb.

Bu barədə DGK-ya istinadən xəbər verir.

Məlumata görə, Komitənin nümayəndə heyəti Moldovada səfərdə olub. Azərbaycanın Moldovada səfiri Ülvi Baxşəliyevin də iştirak etdiyi görüşlərdə Azərbaycan və Moldova gömrük xidmətləri arasında ikitərəfli və beynəlxalq təşkilatlar səviyyəsində mövcud əlaqələrdən məmnunluqla bəhs edilib, qarşılıqlı əməkdaşlığın, həmçinin təcrübə mübadiləsinin gücləndirilməsinin vacibliyi vurğulanıb. Görüşdə Moldova gömrüyünün Yeni Kompüterləşdirilmiş Tranzit Sisteminə dair əldə etdiyi təcrübə və sistemin yaxın vaxtlarda test variantda tətbiqi, Ümumi Tranzit Proseduru Konvensiyasına üzvlük, milli qanunvericilikdə aparılan təkmilləşdirilmələrlə bağlı təqdimatlar nümayiş etdirilib.

Səfər çərçivəsində Azərbaycan nümayəndə heyəti Moldovanın Gömrük Xidmətinin hüquq, qaçaqmalçılıqla mübarizə idarələrinin, Təlim və Laboratoriya Mərkəzinin fəaliyyəti ilə tanış olub, bu ölkənin Rumıniya ilə sərhəddə yerləşən Skuleni və əlaqələndirilmiş gömrük nəzarətinin həyata keçirildiyi Leuşeni-Albitsa gömrük-sərhəd keçid məntəqələrində olub. Nümayəndə heyətinə sərhədkeçmə proseslərinin, gömrük nəzarətinin təşkili ilə bağlı məlumat verilib.




Paylaş:


Müəllif : Tarix:
27-03-2024, 09:09
Sikayət   


loading...
Загрузка...

Oxşar Xəbərlər