reklam
Regionxeberlericom.az » Siyasət » “Abdullahian Dəməşqdə İranın yeni konsulluğunu açdı” – KİV

reklam

“Abdullahian Dəməşqdə İranın yeni konsulluğunu açdı” – KİV



















İranın xarici işlər naziri Hüseyn Əmir Abdullahian İranın Dəməşqdəki səfirliyinin konsulluq şöbəsinin yeni binasının açılış mərasimində iştirak edib.

Bu barədə İranın SNN telekanalı məlumat yayıb.

“Biz çox şadıq ki, İranın Dəməşqdəki səfirliyinin konsulluq şöbəsinin yeni binası Suriya xarici işlər nazirinin iştirakı ilə mümkün qədər tez istifadəyə verilib”, - XİN rəhbəri bildirib.

Xatırladaq ki, əvvəllər İran səfirliyinin konsulluq bölməsinin yerləşdiyi bina aprelin əvvəlində İsrail hərbi hava qüvvələrinin endirdiyi zərbə nəticəsində dağıdılıb.

İran Xarici İşlər Nazirliyinin rəhbəri bir müddət əvvəl Ərəb Respublikasına rəsmi səfər edib və suriyalı həmkarı Feysəl Miqdad və Suriya Prezidenti Bəşər Əsədlə görüşlər keçirib. İRNA agentliyinin məlumatına görə, tərəflər Dəməşq və Tehran arasında ikitərəfli münasibətlərin inkişafı, eləcə də regiondakı vəziyyət və Qəzza zolağındakı münaqişəni müzakirə ediblər.




Paylaş:


Müəllif : Tarix:
8-04-2024, 19:05
Sikayət   


loading...
Загрузка...

Oxşar Xəbərlər