reklam
Regionxeberlericom.az » Siyasət » ABŞ-də Ukraynaya yardım üçün ayrı qanun layihəsi təqdim edildi

reklam

ABŞ-də Ukraynaya yardım üçün ayrı qanun layihəsi təqdim edildi


















ABŞ Konqresinin Nümayəndələr Palatasının spikeri respublikaçı Mayk Conson Ukrayna, İsrail və Tayvana hərbi yardımla bağlı üç ayrı qanun layihəsi dərc edib.

Daha sonra o, Ukraynaya kömək etmək üçün dondurulmuş Rusiya aktivlərindən istifadə, İrana qarşı yeni sanksiyalar və “TikTok”un bloklanması ilə bağlı ABŞ-nin dördüncü milli təhlükəsizlik qanun layihəsini təqdim edəcəyini vəd edib.

Bildirilir ki, Ukraynaya yardım layihəsi 60,8 milyard dolların ayrılmasını nəzərdə tutur ki, bunun da 13,8 milyard dolları yeni silah və texnikanın alınmasına, daha 23 milyard dollardan çoxu isə Amerikanın silah ehtiyatlarının artırılmasına xərclənəcək.

Bundan əlavə, sənəd ABŞ prezidentini Ukraynanı uzaqmənzilli ATACMS raketləri ilə təmin etməyə vadar edir. Lakin Ağ Ev rəhbəri raketlərin ötürülməsinin ABŞ-nin milli təhlükəsizlik maraqlarına zərər verə biləcəyini düşünsə, bu qərarı təxirə sala bilər.

Qeyd edilir ki, qanun layihəsi qəbul olunarsa, ABŞ administrasiyası 45 gün ərzində Konqresə uzunmüddətli “Ukraynaya dəstək strategiyası” təqdim edəcək və 60 gün ərzində Kiyevlə göstərilən yardımın qaytarılmasına dair saziş bağlayacaq.

Mayk Conson əlavə edib ki, Nümayəndələr Palatasında ayrı-ayrı hərbi yardım paketləri ilə bağlı səsvermə aprelin 20-də gözlənilir.




Paylaş:


Müəllif : Tarix:
18-04-2024, 00:03
Sikayət   


loading...
Загрузка...

Oxşar Xəbərlər