Rusiyadakı erməni lobbisi yeni həmləyə hazırlaşır - Bakıya xəbərdarlıq
“Rusiyadakı yəhudi lobbisi hazırda erməni lobbisi ilə eyni vəziyyətdədir. Onlar ”Kreml qüllələri"ndə qəbul edilən qərarların gedişatına təsirlərini fəlakətli şəkildə itiriblər".
Bu barədə rusiyalı tanınmış siyasi ekspert və məsləhətçi, “Milli Müdafiə jurnalının baş redaktoru İqor Korotçenko facebook-da yazıb.
“Lakin bu vəziyyət müvəqqəti xarakter daşıyır və getdikcə artan səyləri nəzərə alsaq, hər iki lobbi yeni imkanlar əldə edəcək”, - deyə o əlavə edib.
Yəhudi lobbisi ilə işimiz yox, söhbət erməni lobbisinin hansı yeni imkanlarından gedir? Azərbaycana münasibətdə obyektiv mövqeyi ilə tanınan İqor Korotçenko Bakıya bununla nəyin anonsunu verir, bizi nə barədə xəbərdar etmək istəyir?
Ağ Partiyanın sədri Tural Abbaslı hesab edir ki, 44 günlük Vətən Müharibəsindən sonra Azərbaycan bu istiqamətdə proqram qəbul etməli idi. O, “Yeni Müsavat”a deyib ki, Xarici İşlər Nazirliyinin və ya Diaspora Komitəsinin tərkibində belə bir xətt yürüdülməli idi: “44 günlük Vətən Müharibəsi günlərində dünya dövlətlərinin bizə dəstəyinin hansı səviyyədə olduğunu gördük. Erməni lobbisinin həmin ölkələrdəki təsir imkanlarının bizim haqlı mübarizəmizə neqativ planda hansı səviyyədə təsir etdiyini də görə bildik. Bu cür neqativ təsirlərin aradan qaldırılması üçün addımlar atmalıyıq. Rusiya hərbi-siyasi, iqtisadi baxımdan dünyanın ən böyük dövlətlərindəndir. Rusiyada ermənilərin siyasi elitaya təsir imkanları artırsa, əlbəttə ki, bu bizim ziyanımızadır. Eləcə də Fransada, ABŞ-da və Avropa ölkələrində də ermənilərin təsir imkanları böyükdür”.
Partiya sədri hesab edir ki, İqor Korotçenkonun bəyanatı Azərbaycanın hərəkətə keçməsi üçün verilən siqnaldır: “Demək istəyir ki, Azərbaycan tərəfi bu istiqamətdə hərəkətə keçməlidir. Rusiyada 2 milyondan artıq azərbaycanlı, 300-500 min arası erməni yaşayır. Belə götürəndə azərbaycanlıların maddi imkanları kifayət qədər genişdir və bu imkanlardan lobbi fəaliyyətində istifadə vacibdir. Biz bu gün hərəkətə keçməsək, sonra gecikmiş olarıq. Biz Fransa senatında, Avropa Şurasında, ABŞ senatında ermənilərin təsir imkanlarını görürük. Rusiyada ermənilərin bu sahədə irəli çıxması bizə yaxşı heç nə vəd etmir. Diaspora Komitəsi səviyyəsində Rusiyada təşkilatlanaraq təsir imkanlarımızı artırmaq vacibdir. Çünki çox təhlükəli və gələcəyi riskli dönəmlərdir. Ermənistanla Rusiya bu gün ən konfliktli dönəmlərini yaşayır, amma erməni diasporu, Rusiya elitasındakı erməni rəhbərliyi Rusiyanı əldən buraxmaq istəmir, faydalanmaq istəyir. Buna görə də Korotçenkonun çağırışına uyğun davanmaq lazımdır”.
Paylaş:
Müəllif : Fuad
Tarix:19-04-2024, 11:40
Sikayət
loading...
Загрузка...
Oxşar Xəbərlər