“ABŞ Rusiyanın dondurulmuş aktivlərinin müsadirəsinə görə cavab verəcək” – Peskov
“ABŞ Rusiyanın dondurulmuş aktivlərinin müsadirəsinə görə cavab verməli olacaq”.
Bunu TASS-a Rusiya prezidentinin mətbuat katibi Dmitri Peskov deyib.
“Əlbəttə, əgər bu, həqiqətən də belədirsə, o zaman Amerika buna görə cavab verməli olacaq və çətin ki, hər hansı müvəqqəti məhdudiyyətlər olsun. Biz bunu maraqlarımıza ən uyğun şəkildə edəcəyik”, - Peskov ABŞ Nümayəndələr Palatasının Rusiyaya məxsus dondurulmuş aktivlərin müsadirəsi haqqında qanun layihəsini qəbul etməsinə münasibət bildirərkən deyib.
O bildirib ki, Rusiya Federasiyasının dondurulmuş aktivlərinin müsadirəsi ABŞ-ın imicinə zərbə vuracaq və bu ölkədəki investorları qorxudacaq.
Xatırladaq ki, ABŞ Konqresinin Nümayəndələr Palatasında Ukrayna, İsrail və Tayvana hərbi yardım göstərilməsi, Rusiyanın faktiki olaraq Kiyevə verilməsi üçün dondurulmuş aktivlərinin müsadirəsi, habelə Çinə qarşı əlavə sanksiyaların tətbiqi haqqında qanun layihələri təsdiq edilib.
Paylaş:
Müəllif : Fuad
Tarix:21-04-2024, 12:21
Sikayət
loading...
Загрузка...
Oxşar Xəbərlər