Ərdoğanın İraqa səfəri zamanı 30-a yaxın sazişin imzalanması planlaşdırılır – KİV
Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanın aprelin 22-də İraqa gözlənilən səfəri zamanı 30-a yaxın hökumətlərarası sazişin imzalanması planlaşdırılır.
RegionXəbərləricom.az “Hürriyet”ə istinadla xəbər verir ki, ən mühüm razılaşmalar Şimali İraqın PKK terror təşkilatından təmizlənməsi üçün birgə səylərə aid olacaq.
Nəşrin məlumatına görə, həmçinin terrorizmlə mübarizə üzrə birgə əməliyyat mərkəzinin strukturu və fəaliyyəti, Şimali İraqda 30-40 km dərinlikdə daimi türk bazalarının yaradılması məsələlərinin müzakirəsi planlaşdırılır.
Qeyd olunur ki, Türkiyədə Ərdoğanın İraqa səfəri cənub sərhədlərində terror problemini nəhayət həll etmək üçün əvvəlcədən elan edilmiş planlar kontekstində böyük diqqət çəkir.
Yerli mətbuatın yazdığına görə, Ərdoğanın İraqa səfərindən sonra Türkiyə ordusu qonşu ölkənin şimalında böyük sərhəd əməliyyatı keçirə bilər.
Paylaş:
Müəllif : Fuad
Tarix:21-04-2024, 12:54
Sikayət
loading...
Загрузка...
Oxşar Xəbərlər