Qarabağ danışıqlarına yeganə alternativ - müharibə qapıda
Bugün Azərbaycan Ordusunun növbəti, 5 günlük genişmiqyaslı təlimləri başa çatır. 10 minə yaxın şəxsi heyətin, yüzlərlə hərbi texnika və digər döyüş vahidlərinin cəlb oldunduğu təlimlər şübhə yox ki, bir daha işğalçı Ermənistana sülh prosesini əngəlləməyin hansı ağır bədəli ola biləcəyi haqda ciddi xəbərdarlıqdır. Dağlıq Qarabağ konflikti ətrafında vəziyyət isə heç vaxt olmadığı qədər partlayış təhlükəsi həddinə gəlib. Bu da ilk növbədə rəsmi İrəvanın sülh prosesini mənasız edən mövqeyi ilə birbaşa bağlıdır.
Zaman-zaman vurğuladığımız kimi, atəşkəs uzun müddət böyük sülh anlaşmasına gətirmirsə, o zaman hərbi əməliyyatların bərpası qaçılmaz olacaq. Azərbaycan və Ermənistan qoşunları arasında isə heç bir beynəlxalq sülhyarardıcı qüvvə dayanmır, arada “bufer zona” mövcud deyil. Demək, müharibə üçün formal əngəl belə qalmır.
Hazırkı təhlükəli durumun müsbət səmtə, yəni konstruktiv sülh danışıqlarını mümkün edən məcraya yönəlməsi, əlbəttə ki, müstəsna olaraq Ermənistan rəhbərliyindən asılıdır. Başqa sözlə, baş nazir Nikol Paşinyan Azərbaycanla sülhdə maraqlıdırsa, sülhü, müharibə istəyirsə, müharibəni alacaq. Paşinyan isə bir yandan sülh anlaşmasının Azərbaycan üçün də məqbul olmalı olduğunu deyirsə, o biri yandan, “Dağlıq Qarabağ Ermənistanındır, nöqtə” tipli təxribatçı açıqlamaları ilə özü-özünü təkzib edir.
Hərçənd ABŞ-ın ATƏT-in Minsk Qrupundakı və Azərbaycandakı sabiq səfiri Metyu Brayza səmimi şəkildə inanır ki, Nikol Paşinyan həqiqətən də Azərbaycan prezidenti İlham Əliyevlə yekun sülh nizamlanması ilə bağlı anlaşma əldə eləmək istəyir. “Yeni Müsavat”ın məlumatına görə, bu barədə o, rusdilli Vesti.az portalına eksklüziv müsahibəsində bildirib. Lakin onun zənnincə, Paşinyan ölkə daxilində çətin dilemma qarşısında qalıb. “Paşinyan nizamlama prosesində irəli getmək istəyir, amma Azərbaycana doğru cəsarətli addımlar atmaq üçün hələ özünün daxili siyasi qüvvələrini yetərincə konsolidasiya edə bilməyib”, - deyə keçmiş amerikalı həmsədr ehtimal edib.
Konsolidasiya isə nə vaxt reallaşacaq, bunu heç kim bilmir. Hələ ki Ermənistanda əks proses gedir. Paşinyan komandasında qalmaqallı istefalar başlayıb. Bu da o anlama gəlir ki, baş nazir il yarıma öz komandasını qura bilməyib. Bunun nəticəsidir ki, iki gün öncə Ermənistanın Milli Təhlükəsizlik Xidmətinin (MTX) direktoru Artur Vanesyan istefa verdi və üstündən heç bir gün keçməmiş Ermənistanın polis rəisi Valeri Osipyan da vəzifəsindən uzaqlaşdırıldı. Bundan əlavə, Konstitusiya Məhkəməsinin sədri Hrayr Tovmasyanın da səlahiyyətlərinin alınacağı bildirilir.
*****
Politoloq Elxan Şahinoğluna görə, hələ bu da Paşinyan hökumətində sonuncu istefa olmayacaq və istefaların sayı artdıqca baş nazirin mövqeləri zəifləyəcək. “İstefalar isə onunla bağlıdır ki, məmurlar batmaqda olan gəmidə Paşinyanla çiyin-çiyinə dayanmaq istəmirlər”, - deyə o vurğulayıb.
Öz növbəsində politoloq Rasim Musabəyov mövzu ətrafında Teleqraf.com-a danışarkən deyib ki, Paşinyan ilkin dövrdə elitanın köhnə kadrları ilə müəyyən razılaşmaya gəlib. Onun sözlərinə görə, Paşinyanın müdafiə naziri, xarici işlər, təhlükəsizlik xidmət rəisi və polis şefi köhnə kadrlar olub: “İndi o anlayır ki, reytinqi getdikcə aşağı düşür. O, impulsiv adamdır, kadrların qarşısında elə vəzifələr qoyur ki, köhnədən qalanlar da bunun mümkünsüz olduğunu ifadə edirlər. Paşinyan da heç kəsə qulaq asmayan tipdir, beyninə bir ideya gələndə ondan imtina etmir. Ona etiraz edənləri də sevmir. Əslində Paşinyan hökumətində müşahidə edilən indiki böhran qaçılmaz idi. O, bu böhrandan necə çıxacaq, özü kimi avanturist siyasətçiləri yüksək vəzifələrə təyin edəcəksə, fikrimcə, özünün süqutunu daha da yaxınlaşdıracaq”.
Politoloq “Ermənistanda baş verən istefa və işdən çıxarmalar böhranın işartılarıdır, yoxsa Paşinyan köhnə hakimiyyətdən qalan kadrlarla üzülüşmək qərarını verib” sualına cavabında bildirib ki, inqilabla iqtidara gələn komandanın özü ölkəni idarə etməkdə çətinlik çəkir. “Bir var, cavan və müəyyən təcrübəsi olan insanlar, bir də var xülyalarla yaşayan və dövlətin sükanını bu gün sağa, sabah sola döndərməyə meylli şəxslər. İndi böhranın əvvəlidir və zamanla böhran dərinləşəcək. Paşinyan öz ətrafında olan insanlarla Ermənistanı düşdüyü vəziyyətdən çıxarmaq iqtidarında deyil”, - deyə o vurğulayıb.
*****
Beləcə, əgər Azərbaycan özünün hərbi gücünü, döyüş təcrübəsini durmadan artırmaqdadırsa, Ermənistan yeni siyasi silkələnmələr və təlatümlər astanasındadır. Bu silkələnmələrin əsas səbəbi isə həlli uzanan Qarabağ konfliktidir. Çünki erməni xalqının üzləşdiyi bəlaların kökündə məhz qonşu Azərbaycana və Türkiyəyə qarşı əsassız ərazi iddiaları durur.
Bu iddiadan imtina edilməyincə, nə Ermənistan inkişaf yoluna çıxa biləcək, nə də erməni xalqı nicat tapacaq - orada hakimiyyətdə kim olur-olsun. Problemlərdən qurtulmaq üçün “sehrli çubuq” yox, Azərbaycan və Türkiyə ilə münasibətləri normallaşdırmaq lazımdır.
Bu yöndə çağırışlar artıq xeyli vaxtdır Qərb paytaxtlarından, ABŞ və Avropa Birliyindən intensiv şəkildə səslənir. Lakin Ermənistan rəsmiləri - nə köhnə iqtidarlar, nə də indiki hökumət bunu ciddiyə almayıb. Dağlıq Qarabağ ixtilafının dinc həlli yönündə heç bir ciddi addım atmayıblar. Yalnız mifik hərbi qələbənin “nəticələrini” rəsmiləşdirmək" tələbləri ilə çıxış edib və edirlər.
Azərbaycan isə heç vaxt buna razılıq verməyəcək. Birinci ona görə ki, müharibə hələ bitməyib - nəyi ki, bu yaxınlarda Nikol Paşinyan özü də etiraf elədi. İkincisi isə Azərbaycan prezidenti İlham Əliyev dəfələrlə bəyan edib ki, sülh danışıqlarında ölkəmizin ərazi bütövlüyü heç vaxt müzakirə mövzusu olmayıb, olmayacaq. O da bəyan edilib ki, Azərbaycan ərazisində ikinci saxta erməni dövlətinin yaranmasına imkan verilməyəcək, bunu gözləyənlər boşuna gözləyir. Odur ki, işğalçı tərəf nə qədər tez daşı ətəyindən töküb, konstruktiv mövqeyə köklənsə, torpaqlarımızı azad etməyə başlasa, bir o qədər onun özü üçün yaxşı olar, çünki böyük sülh sazişinin önü açılar. Başqa yol, sadəcə, yoxdur...
*****
“Ermənistan ilkin mərhələdə 5 rayonu qaytarmalıdır”. Bunu Almaniya parlamentinin deputatı Helin Evrim Sommer deyib. O, Nikol Paşinyanla bağlı sosial şəbəkədə paylaşım edib. “Paşinyanın Qarabağ Ermənistandır” bəyanatı sülh prosesinə əngəl törədir. Madrid prinsiplərinə əsasən Qarabağın statusu sonuncu mərhələdə müəyyənləşməlidir" - deputat yazıb.
Almaniyalı deputat rəsmi Bakının dediyini deyir (Oxu.az). Bu yaxınlarda ATƏT-in Minsk Qrupunun həmsədrlərinin bəyanatında da danışıqlar masasında Madrid prinsiplərinin olduğu açıq şəkildə qeyd olunurdu. Ermənistan vaxtilə Madrid prinsipləri ilə razılaşmalı olub. Bu həll yoluna əsasən münaqişə mərhələli şəkildə həllini tapmalıdır. İlk mərhələdə, işğal altındakı 5 rayon Azərbaycana qaytarılmalı, sonrakı mərhələlərdə 2 rayonun qaytarılması məsələsinə baxılmalıdır.
Politoloqlara görə, Paşinyan hakimiyyətə gələndən sonra masa üzərində olan bütün razılaşmaları alt-üst edərək sülh prosesinə əngəl olur. Nikol Paşinyanın danışıqlar masasındakı razılaşmaları pozması, onun “Qarabağ Ermənistanındır və nöqtə” bəyanatları regionda sülh və humanizm dəyərlərinə zərbə vurur.
Ermənistan sülhü pozduğu təqdirdə rəsmi Bakı beynəlxalq hüquqa uyğun olaraq, beynəlxalq təşkilatların münaqişəyə dair qərar və qətnamələri əsasında BMT tərəfindən tanınan 86.6 min kv km-lik ərazisinin işğal altındakı hissəsini erməni silahlılarından təmizləyə bilər.
Təbii ki, BMT Təhlükəsizlik Şurasının Dağlıq Qarabağa dair 4 məlum qətnaməsini, eləcə də digər mötəbər beynəlxalq təşkilatların Ermənistanı işğalçı kimi tanıyan qərar və qətnamələrini heç kim ləğv eləməyib. Bu, elə Azərbaycanın müharibə hüququ deməkdir. BMT Nizamnaməsində də açıq mətnlə bildirilir ki, işğala məruz qalan ölkə istənilən üsulla öz ərazi bütövlüyünü bərpa etmək haqqına sahibdir... //musavat.com//
Paylaş:
Müəllif : Yazar
Tarix:20-09-2019, 09:13
Sikayət
loading...
Загрузка...
Oxşar Xəbərlər

Müəllif :
Yazar
Tarix:20-09-2019, 09:13
Sikayət
Загрузка...
Oxşar Xəbərlər
Xəbər lenti
Dünən, 11:45
Magistral yolların keçdiyi rayonlarda yeni trend: Topraq sahələri kütləvi satışa çıxarılır
Dünən, 11:24
“Sahil Babyev, gəl sənə göstərim ki, biz sakinlərə necə xəstə heyvan verirlər!” – KƏLBƏCƏR SAKİNİNDƏN MÜRACİƏT / VİDEO, FOTO
Dünən, 11:18
Sumqayıtda milyonların talanmasında iştirakçı olan “Saffira Plus” MMC -nin fəaliyyəti niyə yoxlanılmır
Dünən, 11:07
İşçilərin maaşı ilə özünə “imperiya” quran dələduz şirkət rəhbəri QAÇDI - İLGİNC FAKTLAR...
20-12-2024, 21:08
Türkiyənin Suriya üçün göndərəcəyi 75 min ərzaq bağlamasının ilk partiyası yola salındı
20-12-2024, 14:01
Tiktoker Benizin zərərçəkəni hüquq-mühafizə orqanlarına müraciət etdi - 836 min manatdan çox pulunu hissə-hissə ələ keçirib
20-12-2024, 13:48
Ölkəmizə son illər iribuynuzlu heyvanlar HARADAN və NECƏ gətirilir? - “Dana monopoliyası” "kralı"na niyə DUR deyən tapılmır...?
20-12-2024, 12:09