Onlar deputat olacaq? - Hakimiyyət nümayəndəsindən sensasiyalı açıqlama
Növbədənkənar parlament seçkilərinin keçiriləcəyi ilə bağlı xəbərlərin intensiv xarakter alması ölkənin siyasi həyatında canlanma yaradıb. Artıq bəzi tanınmışlar marafona qoşulacaqlarına dair iddialarını açıq şəkildə ortaya qoyublar.
Belə ki, sabiq baş nazir Pənah Hüseyn, REAL sədri İlqar Məmmədov, "Yeni Müsavat" Media qrupunun rəhbəri Rauf Arifoğlu, Ümid Partiyasının rəhbəri İqbal Ağazadə, politoloq Elxan Şahinoğlu və digər tanınmış ictimai-siyasi xadimlər mandat uğrunda mübarizə aparacaqlarını açıq şəkildə dilə gətiriblər.
Parlament seçkilərində iştiraka bir o qədər də həvəs göstərməyən tanınmış siyasi xadimlər də az deyil. Sabiq dövlət katibi Lalə Şövkət bu marafondan kənarda qalacağını rəsmi qaydada bəyan edib. Müxalifətin radikal qanadını təmsil edən AXCP-nin və onu sədri Əli Kərimlinin ənənəvi boykot taktikasından bu dəfə də imtina etməyəcəyi gözlənilir.
Vaxtilə ölkənin siyasi həyatında yaxından rol oynamış 2 nəfərin - Müsavat başqanı İsa Qəmbərin və AMİP lideri Etibar Məmmədovun parlament seçkilərində iştirak edib-etməyəcəyi hazırda ən çox maraq doğuran məsələlərdəndir. Hələki həm İsa Qəmbər, həm də Etibar Məmmədov bu suala konkret cavab verməkdən yayınır. Ancaq həm Müsavatın, həm də AMİP-in növbəti parlament seçkilərində iştirak edəcəyi şübhə doğurmur. Bununla bağlı rəsmi qərar olmasa da, hər iki partiyanın yetkililəri bununla abğlı dəfələrlə konstruktiv mövqe sərgiləyiblər.
Həm hakimiyyət, həm də müxalifət dairələrindəki mənbələrindən mövzuya dair maraqlı məlumatlar əldə edilib. AMİP funksionerlərindən biri bizimlə söhbət zamanı Etibar Məmmədovun parlament seçkilərində iştirak ehtimalının çox aşağı olduğunu bildirib. Onun sözlərinə görə, 69 yaşlı Məmmədovun parlament seçkilərində iştirakı möcüzə nəticəsində baş verə bilər.
Müsavat başqanı İsa Qəmbərin də marafonda iştirakı real görünmür. Başqan bu dəfə silahdaşlarını önə vermək istəyir. Partiya kuluarlarında hesab edirlər ki, hakimiyyətin əngəl törətməyəcəyi təqdirdə Müsavat seçki mübarizəsində ən azı 4-5 mandatla ayrıla bilər.
Hakimiyyət dairələrinin verdiyi məlumat müxalif düşərgədən verilən məlumatlarla təxminən üst-üstə düşür. İqtidar komandasının aparıcı fiqurlarından biri saytımıza açıqlamasında İsa Qəmbərin də Etibar Məmmədovun da mandat almaq şansını çox aşağı qiymətləndirib. Onun sözlərinə görə hakimiyyət 4 nəfəri - İsa Qəmbəri, Etibar Məmmədovu, Əli İnsanovu və Əli Kərimlini heç bir halda parlamentdə görmək istəmir. Mənbə yuxarıda adı çəkilən 3 nəfərdən fərqli olaraq, Əli İnsanovun şansını 50/50 qiymətləndirir.
(Yenisabah)
Paylaş:
Müəllif : Fuad
Tarix:18-05-2024, 11:06
Sikayət
loading...
Загрузка...
Oxşar Xəbərlər