Ermənistan İsraildə səfirlik açırsa, Azərbaycana hansı ziyanı var? - Yevda Abramov AYDINLIQ GƏTİRDİ
Ermənistan İsraildə səfirlik açmaq üçün hərəkətə keçib. İsrail Xarici İşlər Nazirliyinin rəsmi Yerevanın səfirlik açmaq qərarını alqışladığı bildirilir.
Bu barədə İsrail XİN-i rəsmi açıqlama da yayıb.
Azərbaycan isə İsraillə daha isti münasibətlərə malik olsa da, nədənsə bu ölkədə səfirlik açmağa təlismir.
Azərbaycan Milli Məclisinin yəhudi əsilli deputatı Yevda Abramov Modern.az-a gündəmi zəbt edən məsələ barədə danışıb. O deyib ki, hər bir dövlətin hansısa ölkədə səfirlik açması onun xarici siyasətinin leymotividir, dövlət başçısının siyasətidir:
“Ermənistanın əvvəl də İsraildə səfirliyi olub. Sonradan müəyyən məsələlər üzündən o səfirlik bağlandı. Bu da ölkələrin xarici siyasətində olan prioritetlərdən asılıdır. Ermənistan Cənubi Qafqazda düzgün siyasət aparmayıb. Ermənistanın İranla münasibətləri İsraili qıcıqlandırıb. Nəticədə bu ölkə səfirlikdən imtina edib. Ermənistanın İsraildə səfirlik açmaq məsələsi yenidən gündəmdə olsa da, bu o demək deyil ki, səfirliyin açılması yaxın günlərdə baş tutacaq. Sadəcə, rəsmi Yerevan öz təkliflərini verib”.
Yevda Abramov Ermənistanın İsraildə səfirlik açmaq qərarından danışarkən dilənçilik etdiyini də vurğulayıb:
“Rəsmi Yerevan 2016-cı ilin aprelindən bu işlə məşğuldur. Hətta səhvini başa düşüb üzr istəmək səviyyəsinə qədər düşərək, İsraildən silah da dilənib. Baş nazirdən də aşağı səviyyəli erməni məmurlar İsrailə gedərək silah istəsələr də, istəklərinə nail ola bilməyiblər. Hesab edirəm ki, bu məsələdən sensasiya yaratmaq olmaz. Bu, böyük faciə deyil. Ermənistanın İsraildə səfirlik açmasının Azərbaycana heç bir ziyanı yoxdur”.
Yəhudi parlamentari bildirib ki, Ermənistanın səfirlik açmaq istəyini Azərbaycanla müqayisə etmək doğru deyil:
“Bizim İsraildə səfirlik açmamağımız ölkə prezidentinin kompetensiyasına daxil olan incə məsələdir. Bizi bu məsələdə Ermənistanla eyni səviyyədə qoymaq düzgün deyil. Məsələnin bu formada qoyuluşundan narazıyam. Azərbaycanın geosiyasi maraqları, yerləşdiyi mövqe başqa, Ermənistanın tutduğu mövqe isə tamam başqadır. Unutmaq olmaz ki, biz İslam Təşkilatının üzvüyük. Söhbət ondan getmir ki, bu məsələdə İran faktoru ola bilər. O zaman İsrail məsələni başqa cür qoya bilər. Ermənistan İranla dostluqda heç də bizdən aşağı səviyyədə deyil”.
Paylaş:
Müəllif : Yazar
Tarix:20-09-2019, 12:41
Sikayət
loading...
Загрузка...
Oxşar Xəbərlər

Müəllif :
Yazar
Tarix:20-09-2019, 12:41
Sikayət
Загрузка...
Oxşar Xəbərlər
Xəbər lenti
Dünən, 11:45
Magistral yolların keçdiyi rayonlarda yeni trend: Topraq sahələri kütləvi satışa çıxarılır
Dünən, 11:24
“Sahil Babyev, gəl sənə göstərim ki, biz sakinlərə necə xəstə heyvan verirlər!” – KƏLBƏCƏR SAKİNİNDƏN MÜRACİƏT / VİDEO, FOTO
Dünən, 11:18
Sumqayıtda milyonların talanmasında iştirakçı olan “Saffira Plus” MMC -nin fəaliyyəti niyə yoxlanılmır
Dünən, 11:07
İşçilərin maaşı ilə özünə “imperiya” quran dələduz şirkət rəhbəri QAÇDI - İLGİNC FAKTLAR...
20-12-2024, 21:08
Türkiyənin Suriya üçün göndərəcəyi 75 min ərzaq bağlamasının ilk partiyası yola salındı
20-12-2024, 14:01
Tiktoker Benizin zərərçəkəni hüquq-mühafizə orqanlarına müraciət etdi - 836 min manatdan çox pulunu hissə-hissə ələ keçirib
20-12-2024, 13:48
Ölkəmizə son illər iribuynuzlu heyvanlar HARADAN və NECƏ gətirilir? - “Dana monopoliyası” "kralı"na niyə DUR deyən tapılmır...?
20-12-2024, 12:09
Dünya çempionu 2,5 milyon pul qoyduğu obyektdən çıxarılır - İşin arxasında keçmiş məmur dayanır? - FOTO
20-12-2024, 10:16